Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:30

İTV artıq efirdədir: müstəqil olacağı ümidi ilə


Səs: Real audio
Elçin Behbudov: «İşgəncələr sırasında ayaqların altına dəyənəklə vurma, ayaqdan asma, başa əleyhqaz keçirilməsi, bədənə elektrik cərəyanı buraxılması və s. üstünlük təşkil edir» İctimai televiziya [İTV] yaratmaq Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biridir. 2004-cü ilin əvvəlində Milli Məclis "İctimai Televiziya haqqında" qanunu qəbul etdi. Avropa Şurası Azərbaycanın öhdəliklərini müzakirə edərkən ictimai televiziyanın hələ də yaradılmamasını tənqid etdi. Bundan sonra ölkə prezidenti bu qanuna veto qoydu. İl boyu üzərində iş gedən qanun nəhayət ötən ilin sonunda qəbul olundu.



Ancaq qanunda mübahisəli məqamlar qaldı. Belə ki, Azərbaycanın Avropa Şurası qarşısında öhdəliyi ictimai televiziyanı dövlət televiziyasının bazasında yaratmaq idisə, prezidentin fərmanına əsasən, onun "AzTV- 2"nin bazasında yaradılması həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən birmənalı qarşılanmadı.



ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti iyulun 14-də yaydığı hesabatında İTV-lə bağlı bir sıra tövsiyələr irəli sürüb. Cənab Haraşti qeyd edir ki, İTV-nin tam müstəqil olması üçün baş direktorun müəyyən edilməsi məqsədilə yeni seçkilər keçirilməli və yeni televiziya stansiyası üçün hökumətin tam dəstəyi təmin olunmalıdır. 1-ci kanal [AzTV-1] da İTV-yə çevrilməlidir.



İctimai Televiziya və Radio Yayım Şurasının sədri Cahangir Məmmədli isə ictimai kanal üçün hökumətin ayırdığı 30 milyon ABŞ dollarının kifayət qədər olmadığını deyirdi.



Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli İTV ilə bağlı söylənən iradlarla razı deyil. O, İTV-lə əlaqədar təşkilati baxımdan – kadr tərkibi, texniki avadanlığın alınması, ölkənin bütün ərazisinə yayımlanmaq istiqamətində xeyli işlər görüldüyünü deyir.



O ki qaldı, baş direktorun yenidən seçilməsi və 1-ci kanalın da İTV-yə çevrilməsi barədə ATƏT-in tövsiyələrinə, Nuşirəvan Məhərrəmli bu məsələlərin öz həllini tapdığını, daha müzakirə mövzusu olmadığını bildirir:



"Bu məsələlər artıq həll olunub. Yəni, hüquqi məsələlər artıq müzakirə mövzusu deyil... Avropa Şurası istəyir ki, ictimai televiziya olsun, o, da artıq fəaliyyət göstərir".



Azərbaycan Dövlət Televiziyasının keçmiş sədri Babək Hüseynoğlu isə İTV-nin fəaliyyətinə indidən qiymət verməyin çətin olduğunu deyir. Ancaq istənilən halda bu televiziyanın senzuradan uzaq olmasını, kütləvi fikir daşıyıcılarının mövqeyini əks etdirməsini arzulayır:



"Çoxluğu təşkil edən insanların fikirləri bu televiziyada öz əksini tapmalıdır. Ümumiyyətlə, ictimaiyyətin güzgüsünə çevrilməlidir. Bunu da gələcək göstərər... Başlanğıcından onu qara rənglərlə göstərməyə ehtiyac yoxdur. Xalq bir müddət imkan versin, İsmayıl Ömərov [İTV-ın baş direktoru-red.], İTV-nin əməkdaşları, yaradıcı kollektivi öz güclərini, nəyə qadir olduqlarını göstərsinlər... Ondan sonra tədricən bir fikir formalaşdırmaq olar".



Bakıda söhbət etdiyim bir qrup sıravi vətəndaş da İctimai Televiziyanın müstəqil olmasını, hadisələri obyektiv işıqlandırmasını istəyirlər.
XS
SM
MD
LG