Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:01

Polis bölmələrinin monitorinqi aparılacaq


Səs: Real audio
Elçin Behbudov: «İşgəncələr sırasında ayaqların altına dəyənəklə vurma, ayaqdan asma, başa əleyhqaz keçirilməsi, bədənə elektrik cərəyanı buraxılması və s. üstünlük təşkil edir» Bundan sonra polis bölmələrinin saxlama yerləri hüquq müdafiəçilərinin üzünə açıq olacaq. Bu vaxta qədərsə onlar ayrı-ayrı cəzaçəkmə müəssisələrində və təcridxanalarda ola bilərdilər.



İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, polis şöbələrində monitorinq keçirilməsini rəhbərlik etdiyi quruma daxil olan şikayətlər aktuallaşdırıb: «Şikayətlərin əksəriyyəti məhz polis şöbələrindəndir. İşgəncələr sırasında ayaqların altına dəyənəklə vurma, ayaqdan asma, başa əleyhqaz keçirilməsi, bədənə elektrik cərəyanı buraxılması və s. üstünlük təşkil edir».



Cənab Behbudovun sözlərinə görə, Daxili İşlər Nazirliyi (DİN) əvvəlcə icazə verməsə də, sonradan saxlama yerlərinin monitorinqinə razılaşıb. Nazir Ramil Usubov nəticələrlə bağlı ona da məlumat verilməsini istəyib.



DİN-in Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə yerli polis şöbələrində nə işgəncə faktları olduğunu, nə də buna görə hansısa polis əməkdaşının cəzalandırıldığını bildirir.



Bu vaxta qədər həm müxtəlif beynəlxalq, həm də yerli hüquq-müdafiə təşkilatları polis şöbələrindəki saxlanma yerlərində işgəncə faktlarının olması ilə bağlı hesabatlar yayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG