Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:38

Yol qəzasında 12 nəfər öldü


Səs: Real audio
Azərbaycana qayıtdığı təqdirdə o, həbs ediləcək Avqustun 28-də Bakı-Astara yolunun 47-ci km-də baş vermiş yol qəzası 11 nəfərin ölümünə, 6 nəfərin isə yaralanmasına səbəb olub.



Dövlət Yol Polisi İdarəsi Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqələr Şöbəsinin inspektoru Kamran Vəliyevin sözlərinə görə, «Kamaz» markalı yük maşını texniki nasazlığa görə dayanmış «Qazel» sərnişin mikroavtobusuna çırpılıb: «İçərisində 17 nəfərin olduğu mikroavtobus yolun kənarındakı xəndəyə yuvarlanıb».



Cənab Vəliyev deyir ki, sərnişinlərin hamısı qadın olub: «Onlar Biləsuvar pirindən ziyarətgahdan qayıdırmışlar».



Müxtəlif dərəcəli xasarət alan yaralılar Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, avqustun 29-da yaralılardan biri vəfat edib: "Hazırda burada dörd qadın və bir uşaq var. Yaralıların vəziyyəti ağırdır".



Hadisə ilə bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi açılıb. İşin istintaqını aparan müstəntiq Şıxvəli Əzizovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, hər iki maşının sürücüsü prokurorluqdadır.



Bu ilin yeddi ayı ərzində 1499 yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 481 nəfər ölüb, 1700 nəfərsə müxtəlif dərəcəli xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG