Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:43
Rubrikalar

«Qala» «Çağırış kuboku»na hazırlaşır


Səs: Real audio
Azərbaycana qayıtdığı təqdirdə o, həbs ediləcək - Avqustun 28-də Finlandiyanın Espo şəhərində atletika üzrə paralimpiyaçıların açıq Avropa çempionatı sona çatıb.



Turnirin sonuncu günlərində 400 metr məsafəyə yarışda Aleksandr Polişuk qızıl, yarışların debutantı Vüqar Adışirinov isə bürünc medal qazanıb. Bundan əvvəlki günlərdə isə daha iki Azərbaycan idmançısı – Oleq Panyutin və Yuri Qornak Avropa çempionu olmuşdu. Bu turnir 2008-ci ildə Pekində keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya verir.



- Azərbaycanı basketbol üzrə Avropa «Çağırış kuboku» turnirində təmsil edəcək Bakının «Qala» komandası təlim-məşq toplantılarına başlayıb.



Basketbol Federasiyasının prezidenti Fərid Məmmədovun verdiyi məlumata görə, «Çağırış kuboku» turnirində «Qala»nın ilk rəqibi Ukraynanın «Ximik» klubu olacaq. Oyun oktyabrın 26-da səfərdə olacaq.



«Komandanın burdakı oyunçuları Elxan Əliyevin rəhbərliyi ilə məşqlərə başlayıb. Sentyabrın əvvəlində isə «Qala» Litvada təlim-məşq toplantıları keçəcək. Orda baş məşqçi Rimas Kurtinaytisin rəhbərliyi altında təlim-məşqlər və bir neçə yoldaşlıq görüşü keçiriləcək. Oktyabrın 24-ə qədər məşqlər davam edəcək, oktyabrın 26-da «Ximik»lə qarşılaşacağıq. Növbəti oyun isə noyabrın 3-də Bakıda olacaq».



- Azərbaycanın cüdo üzrə yığma komandası da dünya çempionatına hazırlaşır. Sentyabrın 8-də Misirin paytaxtı Qahirədə keçiriləcək dünya çempionatında Azərbaycan 6 nəfər cüdoçu – Nicat Şıxəlizadə (60 kq), Elçin İsmayılov (66 kq), Elxan Rəcəbli (81 kq), Fariz Ramizzadə (90 kq), Mövlud Mirəliyev (100 kq) və Kifayət Qasımova (63 kq) ilə təmsil olunacaq.
XS
SM
MD
LG