Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:56
Rubrikalar

Həbsxanalarda seçki hüququ necə təmin olunur?


Səs: Real audio
Azərbaycana qayıtdığı təqdirdə o, həbs ediləcək Bu "Seçki Qatarı"nda:



- "Azərbaycan həbsxanalarında seçki hüququ necə təmin olunur" sualına cavab arayacaq;



- Masallının seçkiönü durumuyla tanış olacaq.



"BİR ÇOX HALLARDA MÜŞAHİDƏÇİLƏR HƏBSXANALARA BURAXILMIR"



Soyadını və cəza çəkdiyi həbsxananın adını demək istəməyən Ramin 2003-cü il prezident seçkiləri zamanı cəza evində olub. O, öz seçimini həbsxanada qurulmuş məntəqədə edib. Raminin sözlərinə görə, həmin gün məhbuslara qarşı seçkidən əvvəl və sonra həbsxana rəhbərliyi tərəfindən təzyiqlər edilib. Amma dediyinə görə, seçki qutusuna istədiyi namizədin adını sala bilib.



Həbsxanada səs verən bir çox məhbuslar bəzi hallarda Raminin üzləşdiyi problemlərlə qarşılaşırlar.



Demokratik Seçkilərə Yardım Mərkəzinin sədri Əli Quliyev deyir ki, 2003-cü il prezident seçkiləri zamanı bəzi həbsxanalarda məhbusun kimə səs verməsi nəzarətçinin gözü qarşısında baş verib.



Mərkəzi Seçki Komissiyasının [MSK] katibi İradə Hacıyeva isə cəza evində səsvermə zamanı hər hansı qanun pozuntusuyla bağlı onlarda məlumatın olmadığını bildirir.



Seçki Monitorinq Mərkəzinin sədri Anar Məmmədli deyir ki, seçkiləri müşahidə etmək üçün bir çox hallarda həbsxanalara buraxılmırlar. Onun sözlərinə görə, 2003-cü il prezident seçkiləri zamanı yalnız qadın koloniyasında müşahidə aparmaq mümkün olub.



MSK-nın katibi İradə Hacıyeva bildirir ki, qanunla həbsxanalarda müşahidə aparmaq hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulmayıb.



Bəzi inkişaf etmiş ölkələrdə məhbuslar seçkilərdə ümumiyyətlə, iştirak etmir. Mərkəzi və Şərqi Avropa ölkələrinin bir qismində məhbusların majoritar üsulla keçirilən seçkilərdə səs verməsi qanunla məhdudlaşdırılıb.



"MASALLI ƏHALİSİ BU SEÇKİDƏN DƏ HEÇ NƏ GÖZLƏMİR, ÇÜNKİ..."



Masallıya düşən kimi eşitdik ki, Ərkivan kəndində toydur. Qədm Ərkivan qalası ilə məşhur olan bu bağlı-bağatlı kənddə toy mərasimi indi də qədim adət-ənənəyə uyğun aparılır. Ərkivanda bəyin gəlin gətirmək üçün qız evinə getməsi qəbahət sayılır, gəlini kənd ağsaqqalları gətirir.



Kənddə cavanların əksəriyyəti qazanc dalınca Rusiyaya yollanıblar. Elə bu gün ailə quran Samir bəy də uzun illərdir ki, Norilskdə işləyir.



Kəndin ağbirçəyi Oynagül xala deyir ki, kişilərin Rusiyada işləməsi Masallının ən yaralı yeridir. Xüsusilə də gənc qızların.



İslahatdan sonra kəndlilərə torpaq paylanılıb, amma əkin-biçin üçün texnika yoxdur. 80 yaşlı Abdin deyir ki, indi nəsə əkmək sərf etmir, çünki məhsulun xərci borcunu ödəmir. Odur ki, əkinə yararlı sahələrdən daha çox otlaq kimi istifadə olunur.



Rayon mərkəzinə aparan yol boyunca təndirlər düzülüb. Deyilənə görə, Masallıya gələn turistlər təndir çörəyini, təndir balığını – ləvəngini yaman xoşlayırlar. Orta məktəb müəlliməsi olsa da, çörəkçi işləyən Lalə xala deyir ki, bundan sonra məktəbdə işləməyi ağlına da gətirmir.



Masallı camaatı fikrini bölüşməyə çox da həvəsli deyildi. Rayonda seçkiönü vəziyyət barədə danışmağa çox az adam cəsarət etdi.



10 ildir ki, Masallı şəhərini parlamentdə təmsil edən Əhəd Abıyev bu seçkidə də özünə ciddi rəqib görmür. Və 5 il ərzində Masallı üçün nə lazımdısa, onu da etdiyini deyir.



Masallı sakini Məhərrəm deyir ki, əhali bu seçkidən də heç nə gözləmir, çünki nəyisə dəyişə biləcəklərinə inanmırlar.



Azərbaycan Demokrat partiyası Masallı təşkilatının sədri İltifat Cəbiyevin sözlərinə görə, prezident seçkisindən sonra müxalifət mitinq keçirmək üçün 38 dəfə müraci
XS
SM
MD
LG