Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:10
Rubrikalar

MDB-nin gələcək aqibəti


Səs: Real audio
Məzahir Pənahov bu dairədən seçki keçirmək ideyasının prezidentə məxsus olduğunu bildirir İştirakçılar:



Tbilisidən Şalva Piçxadze – politoloq, "Sağçı müxalifət" parlament fraksiyasının siyasi məsələlər üzrə məsləhətçisi;



Bakıdan Zəfər Quliyev – fəlsəfə elmləri namizədi, "Turan" informasiya agentliyinin eksperti;



Yerevandan Eduard Ağacanov - "Armat" ictimai təşkilatının eksperti.



– Gürcüstan prezidenti Saakaşvili Yalta konfransına çağırmışdı. Bu konfrans ölkələri yeni demokratik əsaslarda birləşdirməli idi. Necə bilirsiniz, MDB-yə alternativ ittifaq mümkündürmü? Və Gürcüstan və ya Ukraynanın belə bir hərəkata başçılıq etmək imkanı varmı?



ŞALVA PİÇXADZE: Hesab edirəm ki, Gürcüstan hansısa demokratik cəbhəni yaratmaq ya da başqa ölkələrə demokratiya ixrac etmək üçün hələ yetişməyib. Ümumiyyətlə, olan şeyi ixrac etmək olar. Olmayanı ixrac etmək mümkün deyil.



– Moskva indi antidemokratik meyllərin rəmzi kimi qəbul olunur. Yəni, MDB yalnız sadəcə iqtisadi ittifaq yox, demokratik prosesləri döndərməyə çalışan siyasi rejimlərin ittifaqına çevrilir. Ermənistan hökuməti MDB-ni necə qiymətləndirir? Hakimiyyəti əlində saxlamağa kömək edən qüvvə kimimi?



EDUARD AĞACANOV: Ermənistanda da Rusiyadakı kimi antidemokratik proseslər getdiyi üçün bu, hökumətə sərfəlidir. Özümüzə, müstəqil ekspertlərə qalsa, biz hesab edirik ki, MDB-nin əlbəttə gələcəyi yoxdur. Yeganə formalaşmış qurum Avropa təşkilatları, bir də demokratiyanın qarantı olan NATO-dur.



– MDB-də islahatlar etmək, ona yeni demokratik məna vermək olarmı?



ZƏFƏR QULİYEV: Təəssüf ki, MDB məhz keçmiş Sovet İttifaqının sərhədləri daxilində yarandı. Məncə, qəti sərhədlər qoyulmamalıdır. Sovet İttifaqında olduğu kimi Moskvanın dominantlığına əsaslanan formadan qaçmaq lazımdır. MDB-də toplananların çoxu xalqının mövqeyini əks etdirməyən liderlərdir. Bu formatda MDB-nin yaxşı gələcəyi ola bilməz.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG