Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:38

Xankəndi dairəsində seçkilərin təşkili üçün həmsədrlərə müraciət ediləcək


Səs: Real audio
Məzahir Pənahov bu dairədən seçki keçirmək ideyasının prezidentə məxsus olduğunu bildirir 122 saylı Xankəndi dairəsində məntəqə seçki komissiyalarının formalaşdırılması üçün ilk növbədə seçicilərin siyahıları hazırlanmalıdır. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyir. Onun sözlərinə görə, sözügedən dairənin azərbaycanlı vətəndaşlarının siyahısı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə hazırlanacaq: «Erməni əsilli vətəndaşların siyahısı isə beynəlxalq qurumlarla birlikdə həll ediləcək».



Cənab Pənahov artıq bu məsələ ilə bağlı ATƏT və Avropa Şurasının Bakı ofislərinin rəhbərləri ilə ciddi müzakirə aparıldığını deyir: «Bu günlərdə isə ATƏT-in Minsk Qrupu həmsədrlərinə də müraciət ediləcək».



M.Pənahov Xankəndi dairəsindən seçki keçirilməsi ideyasının prezident İlham Əliyevə məxsus olduğunu da bildirir. «Bu məsələ həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır» - deyə, MSK sədri vurğulayır.
XS
SM
MD
LG