Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:04

«Azadlıq» blokunun mitinqində qarşıdurma oldu


Səs: Real audio
10-15 nəfər idmançı görünüşlü şəxs yürüşçülərə hücum etdi Avqustun 27-də ADP, Müsavat və AXCP-nin yaratdığı «Azadlıq» seçki blokunun yürüş-mitinqi keçirildi. Metronun «20 Yanvar» stansiyası ətrafında hərəkətə gələn yürüşçülərə 10-15 nəfər idmançı görünüşlü şəxs hücum etdi. Bir neçə dəqiqə sürən dava-dalaşdan sonra polis qarşıduran tərəfləri bir-birindən ayırdı.



Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısında mitinqlə yekunlaşan aksiyada AXCP sədri Əli Kərimli çıxış edərək, rəhbəri olduğu partiyaya qarşı son vaxtlar baş verən hücumları pislədi. O, «Azadlıq» seçki blokunun palament seçkisində qalib gəlmək əzmində olduğunu da bildirdi.



Müsavat Partiyasının başqanı İsa Qəmbər isə Seçki Məcəlləsinə dəyişikliklər edilməsinin vacibliyini söylədi.



ADP sədrinin müavini Sərdar Cəlaloğlu partiya sədri, eks-spiker Rəsul Quliyevin namizədliyinin qeydiyyata alındığını bildirdi: «Artıq bundan sonra o özü mitinqlərdə çıxış edəcək».



Yürüş-mitinqə «Çağrı», «Son» və «Məqam» gənclər hərəkatlarının nümayəndələri də qatılmışdılar.



Aksiyaçılar «Azad seçki!», «AXCP-yə təzyiqlərə son qoyulsun!» «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirliyə azadlıq!» və başqa bir sıra şüarlar səsləndirdilər.



«Azadlıq» blokunun növbəti yürüş-mitinqinin sentyabrın 10-da keçirilməsi qərara alındı.

Günün bütün mövzuları

XS
SM
MD
LG