Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:45

Xaricdən birə alınan niyə beşə satılır?


Səs: Real audio
Artıq iddia ərizəsi hazırdır "Bilirsiniz, qiymətlərin dərc olunması, monitorinqinin aparılması elə də asan iş deyil. Çox çətin, məsuliyyətli və riskli işdir". Bunu iqtisadi inkişaf naziri Fərhad Əliyev deyir.



Azərbaycana qənd kiloqramı 870 manata gətirilir, satılır 2700 manata. Yəni, üç dəfə baha. Niyə? Azad bazar budurmu? Kim nəyi neçəyə istəyir satır. O biri tərəfdən, hamı belə sata bilirsə, onda qiymətlər niyə düşmür?



Üç ay bundan qabaq inflyasiya ilə mübarizə üçün prezident fərman verəndə və İqtisadi İnkişaf Nazirliyinə tapşıranda ki, Azərbaycana məhsulların neçəyə gətirilib neçəyə satıldığını yoxlasın və bunu mətbuatda dərc etsin, çoxları yəqin ki, nəticələrin belə olacağını gözləmirdi. Çünki, Azərbaycanda bir fikir var ki, çox şeyi birə-iki baha satırlar.



İqtisadi İnkişaf Nazirliyinin Vergilər Nazirliyi və Statistika Komitəsi ilə birgə keçirdiyi monitorinqə görə isə, hətta birə-üç, birə-yeddi bahasına satılan mallar var. Ancaq yoxlanan 39 adda məhsul arasında məsələn, rəngli boya da var ki, Azərbaycana kiloqramı 15100 manata gətirilir, satılır bundan ucuza, 13400 manata.



İştirakçılar:



- İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev;



- Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov;



- İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG