Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:58
Rubrikalar

Qadınların pensiyaya çıxma yaşı qaldırıla bilər


Səs: Real audio
Artıq iddia ərizəsi hazırdır - Qadınların pensiyaya çıxma yaşı qaldırıla bilər. İndi qadınlar 57 yaşda pensiyaya çıxır. Amma Dövlət Sosial Müdafiə Fondunda hazırlanan «Əmək pensiyası haqqında» yeni qanun layihəsində göstərilir ki, bu hədd 3 il artırılmalı və 60 yaşa çatdırılmalıdır.



Fondun rəhbəri Səlim Müslümovun sözlərinə görə, dövlət bu addımı atmağa məcburdur. Çünki indi ölkədə ümumilikdə (qadınlı-kişili) təxminən 1 milyon 300 min nəfər pensiyaçı var və onların sayı getdikcə artır:



«İndi bütün dünyada qocalma prosesi gedir və bu ölkə iqtisadiyyatları üçün böyük yükə çevrilir».



Səlim Müslümova görə, bu addımın atılmasının bir səbəbi də odur ki, indi aparıcı dünya ölkələrində qadınların pensiya yaşının kişilərlə bərabərləşdirilməsi prosesi gedir və Azərbaycan da bu prosesdən kənarda qalmamalıdır. Hazırda Azərbaycanda kişilərlə qadınların pensiya yaşı arasında fərq 5 ildir, yeni qanun layihəsində isə bu fərqin 2 ilə endirilməsi nəzərdə tutulur – qadınlar üçün 60 yaş, kişilər üçün 62 yaş. Yeni qanun layihəsi yalnız parlamentin təsdiq edəcəyi halda qüvvəyə minəcək.



- Amerika neft pullarının səmərəli xərclənməsində Azərbaycana kömək edəcək. USAID - Amerikanın Beynəlxalq İnkişaf Agentliyi bununla bağlı Azərbaycanda «İnvestisiya Siyasəti və Səmərəliliyi» layihəsi həyata keçirəcək.



Azərbaycana bu istiqamətlərdə yardım olunacaq:



- uzunmüddətli milli və sektor proqramlarının, eləcə də investisiya siyasətinin müəyyənləşdirilməsi;



- investisiya layihələrinin hazırlanması;



- dövlətin əsaslı xərclərinin müəyyənləşdirilməsi prosesinin təkmilləşdirilməsi.



Layihənin dəyəri 4 milyon dollardır.



- Avqustun 26-a olan məlumata görə, Milli Bankda 1 dollar 4 636, 1 avro 5 702, 1 rubl isə 162 manatdır.
XS
SM
MD
LG