Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:24

ATƏT barmaqların işarələnməsinin xərcini üzərinə götürməyə hazırdır


Səs: Real audio
Barmaqdakı izi yalnız ultrabənövşəyi şüada görmək mümkündür Azərbaycan hakimiyyəti seçicilərin barmaqlarının işarələnməsinə razılıq versə, ATƏT və digər beynəlxalq qurumlar onun maliyyə tərəfini həll etməyə hazırdırlar. Bunun üçün təxminən 55-60 min avro tələb olunur.



ATƏT-in Bakı Ofisinin əməkdaşı Ülvi Axundlu belə deyir. Onun sözlərinə görə, bu o halda mümkündür ki, parlament barmaqların işarələnməsi ilə bağlı Seçki Məcəlləsinə ən uzağı sentyabrın sonlarınadək dəyişiklik etsin: «Çünki tələb olunan avdanlığın və mayenin gətirilməsi vaxt tələb edir».



Cənab Axundlu deyir ki, barmaqların işarələnməsi çox sadə prosedurdur: «Bunun üçün seçicinin cəmi 15-20 saniyə vaxtı gedəcək. Mürəkkəb dedikdə söhbət şəffaf, gözlə görünməyən mayedən gedir. Barmaqdakı izi yalnız ultrabənövşəyi şüada görmək mümkündür».



Seçicilərin barmaqlarının işarələnməsi təkrar səsvermənin qarşısını almaq üçün tətbiq olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG