Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:45

Texnikumlara qəbul davam edir


Səs: Real audio
Fərhad Əliyev: «Siyahının mətbuatda dərc olunması müəyyən adamları qıcıqlandırıb» Avqustun 26-da 2005-2006-cı tədris ili üçün dövlət və qeyri-dövlət orta ixtisas məktəblərinə – texnikumlara sənəd qəbulunun ikinci mərhələsi başlayıb.



Abituriyentlər sənədlərini sentyabrın 4-dək orta ixtisas məktəblərində yaradılmış sənəd qəbulu komissiyalarına təqdim etməlidirlər. Sənədlərin siyahısına orta təhsil haqda sənədin əsli, şəxsiyyət vəsiqəsi və ya doğum haqda şəhadətnamə, 3x4 ölçüdə 4 ədəd fotoşəkil daxildir.



Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçən abituriyentlər isə avqustun 27-dən sentyabrın 2-dək qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanı abituriyentin seçdiyi ixtisasın aid olduğu texnikumda keçiriləcək. Abituriyentlərə xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarla yanaşı müvafiq qrup daxilində digər ixtisasların da kodlarını seçmək imkanı verilir.



Abituriyentlər qəbul imtahanında hər fənn üzrə 20 suala, yəni, cəmi 40 suala cavab verməlidirlər. İmtahanın müddəti 2 saatdır. İxtisaslar üzrə müsabiqə yalnız test imtahanından toplanılan ballar əsasında aparılır.



Bu il 53 dövlət və 4 qeyri-dövlət orta ixtisas məktəbinin 92 ixtisası üzrə 9212 plan yeri ayrılıb. Onlardan 7670 yer birinci mərhələdə dolub. Sənəd qəbulunun ikinci mərhələsinə 2400-ə yaxın yer qalıb.
XS
SM
MD
LG