Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:50

«Bakının qərb hissəsi hündürmərtəbəli tikililər üçün təhlükəlidir»


Səs: Real audio
Rusiyanın "Regnum" agentliyi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun belə bir bəyanatla çıxış etdiyini bildirir «Yeni Azərbaycan» qəzetindəki «Ermənistan dilemma qarşısında» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, nüfuzlu siyasətçi hesab olunan Aram Manukyan deyir ki, ölkədə seçki sistemi kamil deyil, məhkəmə asılı vəziyyətdədir, insan haqları pozulur. Ən dəhşətlisi isə budur ki, enerji potensialının 90 faizi Rusiyaya verilib. Nəticədə Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Müəllif yazır ki, bu problemlər ölkədən çoxlu sayda insanın köçməsi ilə müşahidə olunur. Rəsmi məlumatlara görə, 1989-cu ildə əhalisi 3,8 milyon olan Ermənistanda indi bu rəqəm 2,9 milyona enib.



«525-ci qəzet»dəki «Türkiyə hökuməti «erməni konfransı»na razılıq verdi» başlıqlı məqalədə Vüqar Orxan yazır ki, rəsmi Ankara ölkənin nüfuzlu universitet və elmi dairələrinin təşkilatçılığı ilə hazırlanan erməni soyqırımı məsələsinin geniş şəkildə müzakirəsini nəzərdə tutan beynəlxalq konfransın keçirilməsinə etiraz etmir. Bu haqda Türkiyənin Xarici İşlər naziri Abdulla Gül tədbirin təşkilatçıları ilə görüşündə bildirib. Nazir toplantının ölkənin nüfuzuna heç bir ziyan gətirməyəcəyi qənaətindədir. Konfrans erməni soyqırımının olmadığı haqda faktların bir daha təsdiqlənməsi üçün əsas verəcək.



«Üç nöqtə» qəzetindəki «Paytaxtın qərb hissəsi hündürmərtəbəli tikililər üçün təhlükəlidir» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, mütəxəssislər Bakıda genişmiqyaslı tikintiyə başlamazdan əvvəl təhlükəsizlik tədbirlərinin görülməsini vacib hesab edirlər. Məqalədə bildirilir ki, Nərimanov prospektində baş verən geoloji vəziyyətlə bağlı araşdırmalar aparılıb və bu barədə məlumatlar Fövqəladə Hallar özrə Dövlət Komissiyasına təqdim edilib. Müəllif yazır ki, həmin məlumatlarda göstərilir ki, hündürmərtəbəli binalar tikilərkən müvafiq tarazlıq gözlənilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG