Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:43
Rubrikalar

Naxçıvanda seçkilər nə ilə fərqlənir?


Səs: Real audio
Rusiyanın "Regnum" agentliyi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun belə bir bəyanatla çıxış etdiyini bildirir "IV Parlament"in bu dəfəki qonaqları:



Namizəd Səfərov – hüquqşünas, “Azadlıq” blokunun 1 saylı Şərur-Sədərək dairəsindən vahid namizədi;



Əkrəm Əylisli – yazıçı, 7 saylı Ordubad-Culfa seçki dairəsindən müstəqil namizəd



İlqar Rəhimli – "Yeni Siyasət" blokunun Naxçıvan şəhərindən vahid namizədi



(YAP-ın siyahısında seçkiyə qatılacaq 5 namizəddən heç birinin burada iştirakını təmin etmək mümkün olmadı. Aralarında vaxtın azlığından gileylənib imtina edən də oldu, debata ehtiyacı olmadığını deyən də).



Rahib Azəri: Naxçıvanda keçirilən ümummilli seçkilər Azərbaycanın digər bölgələrindəki seçkilərdən nə ilə fərqlənir?



Əkrəm Əylisli: Hələ seçkilər təzə başlayıb, müəyyən müddətdən sonra mən bu barədə nəsə deyə bilərəm. Əvvəlki seçkilərin içində olmadığıma görə bu suala indi cavab verməkdə çətinlik çəkirəm.



İlqar Rəhimli: Naxçıvandakı məntəqələrin hamısı birbaşa iqtidarın, YAP-ın əlindədir. Bir nəfər də olsun müxalifət nümayəndəsi orada iştirak etmir. Müxalifətin nümayəndəsi müşahidəçi, ya da digər qisimdə təmsil olunursa da, istənilən halda həmin günü seçkilərə buraxılmır.



Neçə ildir ki, bütün seçkilərdə iştirak etmişəm, eyni zamanda parlament seçkilərində öz namizədliyimi vermişəm. Keçən dəfə parlament seçkiləri zamanı mən qalib gəldiyim halda iqtidar başqa vasitəyə əl atdı. Həmin dairədən 10 min nəfər seçici var idisə, əlavə 5 min nəfər də əsgər artırdılar. 15 min nəfərlə birtəhər öz namizədlərini qalib etdilər və məni kənarlaşdırmağa müvəffəq oldular.



Naxçıvandakı seçkilərin Azərbaycanın digər bölgələrindəki seçkilərdən əsaslı fərqi bir də ondadır ki, Azərbaycanda seçki kampaniyası vaxtı təzyiqlər o qədər də göclü olmur. Amma Naxçıvanda imza verən şəxsin özü təzyiqlərə məruz qalır, onlar iqtidar qüvvələri, polislər tərəfindən nəzarətdə olurlar, onlara hədə-qorxu gəlirlər.



Namizəd Səfərov: Mən İlqar bəyin çox fikri ilə razı olsam da, bir fikirlə razı deyiləm ki, Naxçıvanda olan seçki məntəqələrində və seçki dairələrində müxalifətin nümayəndələri təmsil olunmurlar. Xeyr, mən bu günlərdə namizədliyim irəli sürülmüş dairədə oldum. Dairə seşki komissiyalarında müxalifətin nümayəndələri təmsil olunurlar. Düzdür, əksəriyyət iqtidar tərəfdəndir, amma müxalifətdən də var.



İlqar Rəhimli: Xahiş edirəm, qarışdırmayın. Mən Milli Məclisə seçkilərdən danışmıram, söhbət Naxçıvan Ali Məclisinə seçkilərdən gedir. Bu seçkilərdə isə müxalifətdən bir nəfər nümayəndə yoxdur.



Namizəd Səfərov: Naxçıvanda keçirilən seçkilərin fərqinə gəlincə, mənə elə gəlir ki, orada seçicilər daha fəaldır, siyasi cəhətdən daha yetkindirlər. Mənə elə gəlir ki, bələdiyyə seçkilərində də Naxçıvanda seçicilərin iradəsi Azərbaycanın başqa bölgələrinə nisbətən daha yüksək səviyyədə həyata keçirilirdi. Ancaq ola bilsin ki, Milli Məclisə seçkilər zamanı eyni fikirləri demək mümkün olmasın.



Əkrəm Əylisli: Konkret olaraq mən öz situasiyamdan danışa bilərəm. Mən uzun müddət Naxçıvanda yaşamışam, bütün əsərlərimdə bu abu-hava hiss olunur. İndi qəribə paradoksal vəziyyət yaranıb... Əkrəm Əylisli seçiləndə, bu, qeyri-demokratik seçki olur, İlqar bəy seçiləndə isə demokratik. Bu demokratik sözünün özü ilə oynamağı qurtarmaq lazımdır. Mən bu fikirdəyəm ki, Naxçıvanda seçkilər ədalətli keçərsə, mən qalib gələcəyəm.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG