Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:37

İşgəncələrlə mübarizə təşkilatı Ruslan Bəşirlini azad etməyə çağırır


Səs: Real audio
Rusiyanın "Regnum" agentliyi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun belə bir bəyanatla çıxış etdiyini bildirir İşgəncələrə Qarşı Ümumdünya Mübarizə Təşkilatı (OMCT) «Yeni Fikir» fəallarının və onların ailə üzvlərinin təqib olunmasıyla bağlı bəyanat yayıb.



Sənəddə bildirilir ki, «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli həbs olunandan sonra iki gün ərzində öz vəkililə görüşə bilməyib, onun ailə üzvləri təqibə məruz qalıblar: «Atası işlədiyi orta məktəbdən çıxarılıb, Zərdabdakı evlərini isə bir qrup adam daşa basıb».



OMCT həmçinin qurum üzvlərinə qarşı təqiblərdən narahatlığını bildirib.



Sənəddə daha sonra yazılır ki, tutarlı sübutlar olmadığından Ruslan Bəşirli dərhal azadlığa buraxılmalıdır. Belə ittihamlar olarsa, onların ədalətli araşdırılması, cənab Bəşirlinin hüquq və azadlıqlarının təmin olunması tələb olunur.
XS
SM
MD
LG