Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:31
Rubrikalar

Neft artıq 68 dollara satılır


Səs: Real audio
Rusiyanın "Regnum" agentliyi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun belə bir bəyanatla çıxış etdiyini bildirir - Neft qiymətləri rekord səviyyəyə – 68 dollara çatdı. Ekspertlər bunu ABŞ hökumətinin neft ehtiyatlarının azalması haqda bəyanatıyla əsaslandırırlar.



Bundan əlavə, hazırda Meksika Körfəzinə irəliləyən qasırğa da qiymət artımına təsir edir. ABŞ-ın neft emalı zavodlarının əksəriyyəti burada yerləşir.



"Bloomberq" agentliyinə müsahibə verən Avstraliya Milli Bankının iqtisadçısı Gerard Burq qiymətlərin tezliklə 80 dollara çatacağını istisna etmir.



- Avropa Birliyinin ümumi valyutası 2007-ci ildən Malayziyada çap olunacaq. Pul istehsalı üçün burada şəraitin daha yaxşı olduğu bildirilir. Avro istehsal edəcək yeni zavodun tikintisinə 150 milyon dollardan çox vəsait sərf olunacaq.



- Azərbaycanda yenicə fəaliyyətə başlayan Qazaxıstanın "TuranAlem" bankı yerli bankların birində pay almaq niyyətindədır. Amma bundan ötrü Milli Bankın icazəsi lazımdır. O, isə "TuranAlem"in bu istəyinə hələlik heç bir cavab verməyib. MDB-nin ən böyük bankı sayılan "TuranAlem"in aktivləri 5.5 milyard dollardan çoxdur.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 637, 1 avro 5 707, 1 rubl isə 162 manatdır.
XS
SM
MD
LG