Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:53

"Körpəm" əcnəbilərə "Vətən"i göstərəcək


Səs: Real audio
Aksiyanın keçirilmə müddətinin bir saat olması meriyanın yox, blokun səhvi üzündən olub Ukraynada Gənclərin Beynəlxalq “Delfiya” Oyunları festivalında azərbaycanlı gənclər də iştirak edəcək.



Sentyabrın 17-dən 21-dək MDB ölkələrinin iştirakı ilə keçiriləcək bu tədbirdə Azərbaycanı başqa kollektivlərlə yanaşı “Körpəm” Eksperimental Uşaq Teatrı da təmsil edəcək. Uşaq teatrı festival iştirakçılarına Azərbaycanın himn və bayrağına həsr olunmuş “Vətən” adlı pantomim tamaşasını göstərəcək. Teatrın rəhbəri İntiqam Soltan belə deyir:



- Bizim teatr orada 10 dəqiqəlik Azərbaycanın himnini və bayrağını təbliğ edən “Vətən” sözsüz tamaşası ilə çixiş edəcək.



İntiqam Soltanın sözlərinə görə, Azərbaycanın himnini və bayrağını əcnəbilərə Günel Əhmədova, Sevinc Həsənova və Nərgiz Babayeva tanıdacaq. Hazırda kollektiv festivala hazırlaşır.
XS
SM
MD
LG