Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:11

Nazirlər görüşün detalları barədə danışmağın tez olduğunu deyirlər


Səs: Real audio
BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Marko Barzotti xaricdə oxuyan tələbələrin sayını artırmağın zəruriliyini söyləyir «Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı gələcək danışıqlarda irəlləyiş əldə olunacaq». Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin avqustun 24-də Moskvadakı görüşündən sonra keçirilən birgə brifinqdə deyib.



Onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov isə danışıqların əsas məqsədinin avqustun 27-də Azərbaycan və Ermənistan prezidentlərinin Kazanda keçiriləcək görüşünə hazırlıq olduğunu bildirib.



Azərbaycanın Rusiyadakı səfirliyinin birinci katibi Tamilla Əhmədovanın sözlərinə görə, cənab Məmmədyorov Cənubi Qafqazda sülhün bərqərar olması üçün ortaq məxrəcə gəlinəcəyinə ümid bəslədiyini deyib.



Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan isə danışıqlar prosesinin detalları barədə danışmağın hələ tez olduğunu vurğulayıb.



Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün avqustun 27-də baş tutacağı gözlənilir.
XS
SM
MD
LG