Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:51

Atəşgah və Qobustan abidələri YUNESKO-nun siyahısına salınacaq<p align=`left`><br><br>


Səs: Real audio
BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Marko Barzotti xaricdə oxuyan tələbələrin sayını artırmağın zəruriliyini söyləyir Qobustan və Atəşgah abidələri də YUNESKO-nun mədəni irs siyahısına daxil ediləcək. Bunu Bakıda səfərdə olan qurumun baş direktoru Koiçiro Matsuura bildirdi: «2003-cü ildə İçərişəhər və Azərbaycan muğamı YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Qobustan və Atəşgah abidələri də bu siyahıya daxil ediləcək».



Avqustun 24-də Bakıda keçirilən «YUNESKO-Azərbaycan: gələcəyə körpü» adlı dəyirmi masada qurumla Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu da imzalandı.



YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanda təhsilin inkişaf etdirildiyini dedi: «Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən «Yeniləşən Azərbaycana yeni məktəblər» layihəsi çərçivəsində yalnız bu il ərzində ölkənin müxtəlif regionlarında 132 məktəbin inşası və lazımi avadanlıqla təhciz olunması nəzərdə tutulub».



Təhsil naziri Misir Mərdanov isə Dağlıq Qarabağ münaqişəsinin təhsil sistemində problemlər yaratdığını bildirdi: «Hazırda Təhsil Nazirliyinə məxsus yataqxana və müəssisələrdə səkkiz min məcburi köçkün yaşayır. Münaqişə nəticəsində minə yaxın məktəb dağıdılıb, 115 min şagird, 16 min müəllim məcburi köçkünə çevrilib».



BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Marko Barzotti isə təhsilin keyfiyyətinin yüksəldilməsinin, neft gəlirlərinin hesabına xaricdə oxuyan tələbələrin sayını artırmağın zəruriliyini söylədi.
XS
SM
MD
LG