Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:27

"Leyli və Məcnun" yeni quruluşda səhnəyə çıxacaq


Səs: Real audio
İqtisadi İnkişaf və Vergilər nazirliklərinin məlumatları əhalini şoka salıb - Hər bir qadın ifaçı Leylini, hər bir kişi ifaçı da Məcnunu oynamaq istər, çünki bu, bir sınaqdır. Təsəvvür edin ki, 1908-ci ildən bugünədək Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”u ilə nə qədər sənətçi sınaqdan keçib.



Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu mövsümü dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günündə – sentyabrın 18-də elə onun operası olan “Leyli və Məcnun”la açacaq. Operanın quruluşçu rejissoru Hafiz Quliyev “Leyli və Məcnun”u bu dəfə tam fərqli quruluşda səhnəyə çıxaracağını deyir:



- “Leyli və Məcnun” operası Şərqin ilk operasıdır. 1908-ci ildən bu əsər Opera və Balet Teatrının səhnəsində olub və olacaq da. Vaxt keçdikcə bu əsərin quruluşu, tərtibatı, ifaçıları dəyişir. 1908-ci ildən əsərə bir neçə dəfə quruluş verilib. Axırıncı, Mehdi Məmmədovun quruluşunda müəllif əsəri modernləşdirmişdi və orada müəllifə məxsus fəlsəfi fikir var idi, orada Leyli və Məcnun anadan sevən doğulmuşdu.



Ondan sonrakı quruluşda həyata yaxınlıq, az da olsa melodrama var idi. Böyük yazar və bəstəçimiz Üzeyir Hacıbəyovun ad günü ilə əlaqədar bizim də bir hədiyyəmiz var. Bu il teatr mövsümü “Leyli və Məcnun” əsəri ilə açılacaq, həm də yeni quruluşda. Tərtibat tamam fərqli olacaq. Bugünədək belə tərtibat olmayıb. Çalışmışıq ki, bir az oyun tərzində dinamiklik, mizanlarda məntiq olsun.



- Hafiz müəllim, aktyor seçimində bir dəyişiklik etmisiz?



- Teatrın qüvvəsindən istifadə etmişik. Bu dəfə də teatrda olan solistlərimiz oynayacaq. Məcnun obrazında respublikanın əməkdar artisti Mənsum İbrahimov və gənc solist Səbuhi İbayev, Leyli obrazında isə 5 nəfər – Nəzakət Teymurova, Gülyaz Məmmədova, Aygün Bayramova, Gülüstan Əliyeva və Səkinə İsmayılovadır. Hamı məşqlərdədir. Hamı ayrı-ayrı tamaşaları oynayacaq. Amma kimin premyerada oynayacağı hələ məlum deyil.
XS
SM
MD
LG