Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:45

Şagirdlərə bütün dərsliklər pulsuz veriləcək


Səs: Real audio
İqtisadi İnkişaf və Vergilər nazirliklərinin məlumatları əhalini şoka salıb Bu il də orta və ali məktəblərdə dərslər sentyabrın 15-dən başlayacaq. Orta məktəb şagirdlərinə isə bütün dərsliklər pulsuz paylanacaq.



Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə belə deyir. Onun sözlərinə görə, şagirdlər yalnız yaxın günlərdə çapdan çıxmış kitabları pulla almalı olacaq:



- Bu il demək olar ki, bütün orta ümumtəhsil məktəbləri üçün dərsliklər pulsuz veriləcək. Yalnız bir neçə dərslik istisna hal kimi pulla verilə bilər. Bu da pulsuz dərsliklərin siyahısına dövlət vəsaiti ayrılan zaman hazır olmayan dərsliklərdir.



Bayram Hüseynzadə deyir ki, şagirdlərin pulsuz dərslikləri almasında hər hansı bir problem yaranarsa, onlar dərhal rayon təhsil şöbəsinə və ya Təhsil Nazirliyinə müraciət edə bilərlər.



Beşgünlük təhsil sistemini isə bütün orta məktəblərə tətbiq etmək mümkün olmayıb:



- Yalnız birnövbəli məktəblərdə beşgünlük iş həftəsinə keçmək mümkündür. 2, 3, 4 növbəli məktəblərdə isə bu heç cür mümkün deyil. Həmin məktəblərdə bu ildən yalnız 5-ci sinifə qədər olanlar 5 gün dərsə gedəcəklər.
XS
SM
MD
LG