Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:27

«Satış qiymətləri idxal qiymətlərindən bir neçə dəfə bahadır»


Səs: Real audio
İqtisadi İnkişaf və Vergilər nazirliklərinin məlumatları əhalini şoka salıb «Yeni Azərbaycan» qəzetindəki «PKK indi də İrana qarşı mübarizəyə başlayıb» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, İranın yeni prezidenti PKK-ya qarşı sərt siyasət yürüdəcəyini bəyan edəndən sonra sərhəd zonalarında toqquşmalar geniş vüsət alıb. Məqalədə bildirilir ki, İran hökuməti ölkənin qərb sərhədlərinə əlavə qüvvələr yeritməyə məcbur olub. Müəllif yazır ki, indiyə qədərki toqquşmalarda səkkiz iranlı əsgər həlak olub. Artıq rəsmi Vaşinqton anlayır ki, PKK-nın dəstəyini almadan İrana qarşı uğurlu mübarizə apara bilməyəcək. Hazırda İranda beş milyon kürd yaşayır və rəsmi Tehran bu təhlükəyə qarşı Türkiyə təcrübəsindən istifadə edir.



«Ayna» qəzetindəki «Satış qiymətləri idxal qiymətlərindən bir neçə dəfə baha imiş» başlıqlı məqalədə Aynurə Əhmədova yazır ki, İqtisadi İnkişaf və Vergilər nazirliklərinin əhalini şoka salan məlumatları indiyə qədər deyilənləri alt-üst etdi. Bəlli oldu ki, məhsulların qiymətləri 1000-4000 manat arasında qaldırılmayıb. Sən demə, ölkəyə idxal edilən məhsulların qiyməti 4-7 dəfə, məişət əşyaları və tikinti materiallarının qiyməti isə 53-93 faiz artırılıb. Məsələn, bir kiloqram mal ətinin qiyməti 4220 manat təşkil etsə də, bazarlarda satış qiyməti 16 min manatdan çoxdur. Toyuq ətinin 1kq-ı 2820 manatdır, amma satışda bu rəqəm 12 min manatdan çoxdur. Müəllif yazır ki, kərə yağının 1 kq-nın idxalı 4 - 3 min manata başa gəlir, lakin onu 16 min manatdan baha satırlar. İdxal və pərakəndə satış arasında böyük fərqin yaranması bu sahədə inhisarın hökm sürməsi ilə bağlıdır.



«Bakı - Xəbər» qəzetindəki «Ramiz Mehdiyev biznesini Rusiyaya köçürür» başlıqlı məqalədə Tofiq yazır ki, bir neçə ay əvvəl prezidentin İcra Aparatının rəhbəri Rusiyada iri bir binada təmir işləri başladıb. Məqalədə YAP-ın seçki siyahısı məsələsinə də toxunulur. Müəllif yazır ki, siyahını öz istəyinə uyğun hazırlamaqla cənab Mehdiyev həm də partiyadaxili mübahisələri qızışdırmaq məqsədi güdüb.
XS
SM
MD
LG