Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:47

AŞPA prezidenti: «Seçki demokratik olmasa, kəskin reaksiya verəcəyik»


Səs: Real audio
«BAYVA Enerji» bunu televiziyanın bir illik debitor borcu ilə, media əməkdaşları isə siyasi amillərlə izah edir «Parlament seçkisi Azərbaycan üçün sınaq xarakteri daşıyır. Əgər bu seçki beynəlxalq standartlara uyğun gəlməsə, biz öz kəskin reaksiyamızı verəcəyik».



Bunu avqustun 23-də səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Rene van der Linden bildirdi. O, beynəlxalq ictimaiyyətin seçkiyə kifayət qədər müşahidəçi göndərəcəyini deyir. Cənab Linden ümid edir ki, seçkini heç bir fərq qoyulmadan bütün qeyri-hökumət təşkilatları müşahidə edə biləcək. O, 2003-cü il prezident seçkisində saxtakarlığın olduğunu və bunun noyabr ayına qədər öz həllini tapmasının vacibliyini bildirdi: «Bu, əhalinin seçkiyə inamını artırmış olardı».



AŞPA prezidenti seçkiqabağı mühitin beynəlxalq standartlara uyğun olmasının mühümlüyünü vurğuladı. Cənab Linden seçkinin keçiriləcəyi günə qədər siyasi məhbus məsələsinin öz həllinin tapmasının və «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinini üstünün açılmasının önəmli olduğunu dedi. O, seçici siyahılarının dəqiqləşdirilməsinin və seçicilərin əlinin mürəkkəbə batırılmasının vacibliyindən də danışdı: «Bu, əlavə təminat və inam yaradardı».
XS
SM
MD
LG