Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:49
Rubrikalar

Xarici mallar real qiymətindən xeyli baha satılır?!


Səs: Real audio
«BAYVA Enerji» bunu televiziyanın bir illik debitor borcu ilə, media əməkdaşları isə siyasi amillərlə izah edir - Azərbaycana gətirilən malların gömrükdən keçirilən və real satış qiymətləri arasında böyük fərqlər var.



Bu, İqtisadi İnkişaf Nazirliyi, Vegilər Nazirliyi və Dövlət Statistika Komitəsinin 39 mal üzrə keçirdiyi monitorinqin nəticəsində məlum olub.



Misal üçün, pərakəndə satışda 2500 manata olan şəkərin idxal qiyməti 870 manat olduğu bildirilir.



İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, gələn rüb bu cür monitorinq 62 mal üzrə aparılacaq.



- Azərbaycan və digər iki dövlət neft ixracına başlayanda "qara qızıl"ın qiyməti indikindən 15 dollar ucuz olacaq.



"USA Today" qəzetinin Kembric Energetika Tədqiqatları Assosiasiyasından Cim Burxarta istinadən yaydığı məlumatda belə deyilir. Cənab Burxart deyir ki, qeyri-OPEK dövlətləri olan Anqola, Braziliya və Azərbaycanın fəaliyyəti nəticəsində 2007-2008-ci illərdə 1 barrel neftin qiyməti 40 dollara düşəcək. Hazırda "qara qızıl"ın bir barreli 65 dollardır.



- Milli Məclisin sonuncu payız sessiyasında iqtisadiyyatla bağlı üç qanun təsdiqlənməlidir. Sentyabrın 1-də işini bərpa edəcək parlamentdə investisiya və inşaat fəaliyyəti, həmçinin 2006-cı ilin dövlət büdcəsi haqqında qanunlar müzakirəyə çıxarılacaq. Qanunvericiliyə görə, büdcə layihəsi oktyabrın 15-dən gec olmayaraq Milli Məclisə təqdim olunmalıdır.



- Şamaxıda iki aydan sonra fəaliyyətə başlayacaq avtomobil zavodu üçün İrandan maşın hissələri gətiriləcək. Layihəni İranın "Eximbank"ı maliyyələşdirəcək. Bu ilin sonunda işə düşəcək müəssisə ildə 5 min "Səmənd" avtomobili istehsal edəcək.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 650, 1 avro 5 676, 1 rubl isə 162 manatdır.
XS
SM
MD
LG