Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:56

Məmmədyarov-Oskanyan görüşünün təxirə salınacağı xəbəri təkzib olundu


Səs: Real audio
«BAYVA Enerji» bunu televiziyanın bir illik debitor borcu ilə, media əməkdaşları isə siyasi amillərlə izah edir Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanın avqustun 24-nə nəzərdə tutulan görüşünün təxirə salınacağı barədə məlumatlar yalnışdır. Bunu Azərbaycanın Rusiyadakı səfirliyinin birinci katibi Tamella Əhmədova bildirir: «ATƏT-in Minsk Qrupu həmsədrlərinin məsləhəti və Rusiya hökumətinin təklifi ilə bu görüş baş tutacaq».



Xanım Əhmədova həmçinin deyir ki, avqustun 23-də Moskvada MDB dövlətləri Xarici İşlər nazirlərinin görüşündə 13 məsələ müzakirə edilib: «Çernobl Atom Elektrik Stansiyasında baş verən partlayışın 20 illiyilə bağlı dünya dövlətlərinə müraciət edilib. BMT-nin 60 illik yubileyinə hazırlıq, MDB dövlətlərində cinayətkarlığa qarşı birgə mübarizəyə dair müzakirələr aparılıb».
XS
SM
MD
LG