Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:54

YUNESKO rəsmisi: "Ali təhsil Lissabon standartlarına uyğunlaşdırılmalıdır"<p align=`left`><br><br>


Səs: Real audio
Mir Əsgər Hüseyn: «Yaxşı tələbələriniz olmasını istəyirsinizsə, yüksək səviyyəli müəllimləriniz olmalıdır» «Azərbaycanda islahatları həyata keçirmək üçün sabitlik var». Bunu BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Komitəsinin (YUNESKO) təhsil siyasəti və strategiyası şöbəsinin müdiri, Sorbon Universitetinin doktorantı, əslən Azərbaycandan olan Mir Əsgər Hüseyn deyib. Cənab Hüseyn hətta qəbristanlıqda da sabitliyin mövcudluğunu deyir, amma islahatları həyata keçirmək mənasında Azərbaycanın bəzi ölkələrdən üstün olduğunu bildirir. O, eyni zamanda bir sıra islahatların kağız üzərində «reallaşdığını» vurğulayır. Təhsil sahəsində islahatlara gəlincə, Mir Əsgər Hüseyn belə deyir: «Universitet təhsili Lissabon standartları, Boloniya prosesinə uyğunlaşdırılmalıdır. Azərbaycan universitetlərinin verdiyi diplomların dünyanın hər yerində tanınmasına nail olmaq lazımdır. Yaxşı tələbələriniz olmasını istəyirsinizsə, yüksək səviyyəli müəllimləriniz olmalıdır. Müəllimlərin hazırlığı üçün proqramlar, yeni dərsliklər hazırlanmalıdır. Hazırkı proqramlara yenidən baxılmalıdır. Şagirdlərin texniki peşə yönümünə, elm, riyaziyyat sahələrinin inkişafına diqqət ayrılmalıdır».



Cənab Hüseyn onu da vurğulayır ki, Azərbaycan mədəniyyəti qloballaşma prosesinə qoşulsa da, özünəməxsusluğunu qoruyub saxlamalıdır.



Avqustun 23-də YUNESKO-nin baş direktoru Koiçiro Matsuranın Azərbaycana səfəri başlayıb. Onunla birlikdə qurumun yeddi xoşməramlı səfiri də gəlir. Səfər zamanı YUNESKO ilə Təhsil Nazirliyi arasında memorandum imzalanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG