Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:59

Gənc mühasiblərin dərdinə çarə


Səs: Real audio
MTN Mətbuat Xidmətinin rəhbəri Arif Babayev: «Deyilənlər heç bir məntiqə sığmır» Mühasibatlıq sahəsinə maraq göstərən gənclər Gənc Mühasiblar Birliyinin xidmətlərindən istifadə edə bilərlər. Həm də heç bir pul ödəmədən.



Birliyin əsas məqsədi gənc mühasiblərə informasiya və məsləhət xidməti təşkil etmək, onların peşə problemlərinin həllinə kömək göstərməkdir.



Birliyin sədri Solmaz Əliyevanın sözlərinə görə, birlik həmçinin mühasibatlıq üzrə maarifləndirmə və peşə yönümlü kurslar da təşkil edir:



- Birlik pulsuz müsahibat xidmətləri göstərir, kurslar, treninqlər keçirir. Hazırda gənc mühasiblər çox çətinliklərlə üzləşirlər, bu sahəni tam dərindən bilmirlər. Biz çalışırıq ki, onları yetişdirək və onlar da öz sahələrinə yaxşı bələd olsunlar.



Solmaz Əliyeva deyir ki, kurs iştirakçılarına həm nəzəri, həm də praktik dərslər keçilir və əksər hallarda onlar işlə də təmin olunurlar:



- Həm kurs, həm də praktika keçirik. Sonra imkan daxilində onları işlə də təmin edirik.



Növbəti kurs Gəncə şəhərində təşkil olunacaq. Sentyabrda başlayacaq həmin kursa indidən də üzv yazılmaq olar. Kursa yazılmaq və birliyin digər xidmətlərindən istifadə etmək üçün birliyə şəxsiyyət vəsiqəsinin surətini və tərcümeyi-hal təqdim etmək lazımdır.
XS
SM
MD
LG