Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:36

«Vergilər plastik kartlarla ödəniləcək»


Səs: Real audio
MTN Mətbuat Xidmətinin rəhbəri Arif Babayev: «Deyilənlər heç bir məntiqə sığmır» «Bakı - Xəbər» qəzetindəki «Sahibkarların deputat olmaq istəkləri nədən qaynaqlanır» başlıqlı məqalədə Həbibə Abdulla yazır ki, daha çox işadamlarının namizədliyini irəli sürəcəyi barədə söz-söhbətlər təsdiqlənməkdədir. Ekspertlər bunun Rusiyada sınaqdan çıxmış texnologiya olduğunu bildirirlər. Məqalədə deyilir ki, artıq 2000-ə yaxın iddiaçının siyahısı təsdiqlənib ki, onların da arasında işadamları üstünlük təşkil edir. Müəllif yazır ki, sahibkarların deputatlığa iddiaları əsasən onların maddi maraqlarını təmin etməsi istəklərindən qaynaqlanır.



«Xalq Cəbhəsi» qəzetindəki «Böyük qayıdış siyasəti iflasa uğrayıb» başlıqlı məqalədə Coşqun Məmmədli yazır ki, islam inqilabından sonra ölkəni tərk edib xaricə üz tutan İran azərbaycanlıları və digər millətlərdən olan mühacirlərin vətənə qayıtması barədə təkliflər daha yuxarı dairələrdə səslənməyə başlayıb. Müəllif yazır ki, rejim düşmən kimi təqdim edilən və daim tənqidlərə məruz qalan bu şəxslərin vətənə qayıtması və fəaliyyətləri üçün hər cür şərait yaratmağa hazır olduğunu dilə gətirir. Amma İranın hazırkı rəhbərliyinin daha mühafizəkar mövqe tutması ölkə xaricindən gələcək milyonlarla insana hələ uzun müddət bel bağlana bilməyəcəyini göstərir.



«Ayna» qəzetindəki «Pul əskinaslarının dövriyyəsi məhdudlaşacaq» başlıqlı məqalədə Namiq Sabiroğlu yazır ki, pul əskinaslarının dövriyyəsini azaltmaq məqsədi ilə hökumət yaxın vaxtlarda kompleks tədbirlər həyata keçirəcək. Artıq Vergilər Nazirliyi, Beynəlxalq Bank və «Azərikart» LTD şirkəti vergi ödənişlərinin avtomatlaşdırılmasına hazırlaşır. Məqalədə bildirilir ki, ilkin mərhələdə vergilərin plastik kartlarla həyata keçirilməsini təmin etməklə yanaşı, həmçinin hər ticarət məntəqəsində pul əskinasları olmadan alqı-satqı əməliyyatlarının aparılması üçün ən azı bir ədəd post terminal quraşdırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG