Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:13

Əli Kərimlinin müşaviri MTN-in AXCP-yə qarşı təxribat hazırladığını deyir<p align=`left`><br><br>


Səs: Real audio
MTN Mətbuat Xidmətinin rəhbəri Arif Babayev: «Deyilənlər heç bir məntiqə sığmır» «Milli Təhlükəsizlik Nazirliyi AXCP-nin qərargahının əlindən alınması üçün əməliyyat hazırlayırdı». Bunu avqustun 22-də mətbuat konfransı keçirən AXCP sədri Əli Kərimlinin müşaviri Ramiz Tağıyev bildirdi. Cənab Tağıyevin sözlərinə görə, o, 20 gün adıçəkilən nazirliyin əməkdaşları ilə birgə fəaliyyət göstərib, onlarda özünə inam yaradıb. Avqustun 16-da AXCP-yə hücum olacağını biləndə bu haqda Əli Kərimlini məlumatlandırıb.



Ramiz Tağıyev deyir ki, plana görə, Əli Kərimli devriləndən sonra AXCP sədri o olacaqmış. Guya ona külli miqdarda pul da vəd edilibmiş.



MTN Mətbuat Xidmətinin rəhbəri Arif Babayev deyilənlərin tam cəfəngiyyat olduğunu və heç bir məntiqə sığmadığını bildirir: «MTN-in fəaliyyəti yalnız ölkədə sabitliyin qorunub saxlanmasına, milli maraqların və mənafelərin hər cür təhdidlərdən mühafizəsinə yönəlib. Azərbaycana xaricdən hansısa yüksək vəzifəli şəxslər gəldikdə radikal müxalifət nümayəndələri vərdiş etdikləri böhtan və iftiraların yayılmasında daha ifrat dərəcədə canfəşanlıq edirlər. Həmin qonaqlar gələn kimi, guya ya onlara sui-qəsd edildiyi, yaxud təxribat hazırlandığı, indi isə qərargahlarının tutulacağı kimi əsassız bəyanat verirlər».
XS
SM
MD
LG