Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:35
Rubrikalar

Qadın alpinistlər Şahdağı fəth etdilər


Səs: Real audio
Ona yeni siyasi məhus siyahısı təqdim olunub - Avqustun 22-də qadın alpinistlərin Şahdağa (4245 m) ekspedisiyası başa çatıb. Azərbaycan Alpinizm Klubunun rəhbəri Səridan Mursaqulov «Azadlıq» radiosuna ekspedisiyasının uğurla keçdiyini bildirib:



«Beş dəqiqədir Qubaya enmişik. Ekspedisiya 7 saat davam etdi. Dağı fəth etdik və bayraqlar taxıldı. Çıraq yaylağından səhər tezdən çıxmışıq. Bura 7 saata gəldik. Üç gün idi yağış yağdığından yolların vəziyyəti pis idi. Alpinistlər hamı sağ-salamatdır. Ekspedisiya çox uğurlu keçdi və sabah Bakıya qayıdacağıq».



Azərbaycanın ən yüksək zirvələrindən olan Şahdağa beynəlxalq qadın ekspedisiyası avqustun 19-dan başlamışdı. Ekspedisiyada beş ölkədən – Azərbaycandan 10, Rusiadan 5, Tacikistandan 2 və İndoneziyadan 2 alpinist iştirak edirdi.



Bu tədbir Azərbaycanda ilk beynəlxalq qadın ekspedisiyası idi.



- Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığma komandası məşqlərə başalyıb. Məşqlər Voleybol Federasiyasının bazasında keçirilir. Federasiyanın əməkdaşı Zöhrab Gözəlbəylinin verdiyi məlumata görə, voleybolçular Xorvatiyada keçiriləcək Avropa çempionatına hazırlaşır:



«Sentyabrın 16-dan 26-na qədər Xorvatiyada Avropa çempionatı keçiriləcək. Azərbaycan komandası çempionata səylə hazırlaşır. Bir neçə yoldaşlıq görüşü keçirməyi də planlaşdırırıq».



- Avqustun 22-də Azərbaycanın stolüstü tennisçiləri - Səbinə Əhmədova və Rüstəm Əliyev Fransanın Strasburq şəhərinə yola düşüblər. Onlar avqustun 25-də startı veriləcək Avropa çempionatında iştirak edəcəklər. Turnir avqustun 29-dək davam edəcək.
XS
SM
MD
LG