Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:08

Bütün yollar Bakıya aparır


Səs: Real audio
Ona yeni siyasi məhus siyahısı təqdim olunub Bakı ətrafındakı bu qəsəbənın adını heç bir xəritədə tapmazsınız. Qəsəbənin adı Şınıxdır. Deyilənə görə, ötən əsrin 80-ci illərində Gədəbəyin Şınıx obasından Bakıya işləməyə gələn bir neçə insan burda məskən salıb və ətraf ərazilərdə yaşayanlar bu yerə Şınıx deməyə başlayıblar. 90-cı illərdə isə burdakı evlərin sayı sürətlə artmağa başlayıb. Artıq böyük qəsəbəyə çevrilən Şınıxda indi təkcə Gədəbəydən yox, Azərbaycanın bir çox rayonlarından olan insanlar yaşayır. Burdakı evlərin sayı deyilənə görə, artıq 2 mini keçib, yeni evlərin tikintisi isə bu gün də davam edir.



Həmsöhbətim Əfqan Qarayev Bakıya 2 il əvvəl gəlib. Deyir ki, Gədəbəydə özünə iş tapa bilmədiyinə görə Bakıya üz tutmağa məcbur olub və indi günəmuzd fəhlə işləyir.



Əfqanın dostu Həsənalı Həsənov da fəhlədir. O, Bakıya 15 il əvvəl gəlib. Həsənalı da güzəranın ağırlığından gileylənir. Deyir ki, bir tərəfdən qazancı çox aşağıdır, o biri tərəfdən də kortəbii salındığı üçün qəsəbədə yaşayış şəraiti dözülməzdir.



Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan əhalisinin yarısı şəhərlərdə, yarısı isə kəndlərdə yaşayır. Amma bəzi ekspertlər hesab edir ki, bu statistika real vəziyyəti əks etdirmir, çünki yalnız vətəndaşların harada qeydiyyatda olması haqqında məlumatlara əsaslanır. Halbuki, ölkədə qeydiyyatda olduğu yerdə yaşamayan çoxlu sayda vətəndaşlar var.



Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Müzəffər Baxışov deyir ki, 15 ildir rayonlardan Bakıya güclü axın davam edir və bəzi ehtimallara görə, təkcə paytaxtda və onun ətrafında artıq ölkə əhalisinin təxminən yarısı - 4 milyona yaxın insan yaşayır. Bunun da bir qismi Bakıda daimi qeydiyyatı olmayan insanlardır.



Müzəffər Baxışovun sözlərinə görə, Bakıya axının güclənməsinin əsas səbəbi Sovetlər Birliyi ilə birgə kolxoz və sovxozların ləğvidir:



«Kollektiv təsərrüfatların ləğvi nəticəsində torpaqlar əhaliyə paylandı, amma yerli sakinlər bu torpaqları təkbaşına becərmək gücündə olmadılar. Beləliklə də iş yeri tapmaq istəyənlərin Bakıya axını başladı».



Müzəffər Baxışov deyir ki, paytaxta axının əsas səbəblərindən biri də Bakıya təhsil almağa gələn gənclərin sonradan qeydiyyatda olduqları bölgələrə qayıtmaq istəməmələridir. Onun sözlərinə görə, belə gənclər rayonda öz ixtisasları üzrə çətinliklə iş tapacaqlarını bildikləri üçün şəhərdə qalır, hətta ixtisaslarına aid olmayan işlərdə işləməyə razı olurlar.



Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri deyir ki, bütün bu kateqoriyalardan olan insanlar yeni yaşayış yerlərində müxtəlif sosial problemlərlə üzləşirlər:



«Məsələn, Bakıda işləməyə məcbur olan Gədəbəy sakini pensiya yaşındadırsa, pensiyasını almaq üçün hər ay qeydiyyatda olduğu rayona getməlidir. Bu isə kifayət qədər böyük pul vəsaiti tələb edir. Və yaxud Bakıya "çörək pulu" dalınca gələn gənc ata-ana 9 min manatlıq uşaq pulunu almaq üçün bundan bir neçə dəfə artıq pul xərcləyib qeydiyyatda olduqları rayona getməlidirlər».



Parlamentin sosial siyasət məsələləri daimi komissiyasının sədr müavini Aydın Mirzəzadə isə kəndlərdən şəhərə axın prosesinə problem kimi baxmağın əleyhinədir. O deyir ki, bu proseslər əksər dünya ölkələrində də baş verir. Ancaq onun fikrincə, Azərbaycanda bu proses bir qədər fərqlidir, əhali şəhərlərə yox, yalnız paytaxta axışır. O hesab edir ki, bunun başlıca səbəbi işləyən fabrik-zavodların çoxunun Bakıda olması, ölkənin əsas istehsal sahəsi sayılan neft sənayesinin paytaxtda cəmləşməsi, eləcə də xarici şirkətlərin əsasən paytaxtda fəaliyyət göstərməsidir.



Amma Aydın Mirzəzadə deyir ki, paytaxta axın prosesl

Günün bütün mövzuları

XS
SM
MD
LG