Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:21

Əbülfəz Elçibəyin vəfatından beş il keçir


Səs: Real audio
Ona yeni siyasi məhus siyahısı təqdim olunub Avqustun 22-də bir sıra siyasi partiya və ictimai təşkilatlar sabiq prezident Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı tədbirlər keçirdilər. Müsavat, Xalq Cəbhəsi, Demokrat, Böyük Quruluş, Xalq Cümhuriyyəti və bəzi başqa patiyaların nümayəndələri gün ərzində mərhum prezidentin Fəxri Xiyabandakı məzarını ziyarət etdilər. Keçirilən anım tədbirlərində eks-prezidentin Azərbaycanın müstəqillik qazanmasında müstəsna rol oynadığı bildirildi.



Əbülfəz Elçibəy beş il əvvəl vəfat etsə də, onun məzarının üstü götürülməyib. Onun qardaşı Almurad Əliyev bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə razılıq əldə edildiyini deyir. Eks prezidentin kürəkəni Aqil Səmədbəyli isə bildirir ki, «Sabiq prezidentlərin statusu haqqında» qanun qəbul edilməyincə, ailəsi Əbülfəz Elçibəyin məzarının üstünün götürülməsini məqsədəuyğun saymır. Onun sözlərinə görə, həmin qanunla təkcə keçmiş prezidentin məzarının üstünün götürülməsi yox, həm də onun adının əbədiləşdirilməsi və ailəsinin dövlət hesabına təminatı da reallaşmalıdır.



Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycanın prezidenti olub. O, uzun sürən xəstəlik nəticəsində 2000-ci ildə Türkiyə klinikalarının birində vəfat edib.
XS
SM
MD
LG