Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:17

AŞPA prezidenti Bakıda seçkiqabağı durumu müzakirə edir


Səs: Real audio
Ona yeni siyasi məhus siyahısı təqdim olunub Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Linden avqustun 22-də bir neçə görüş keçirib.



«Azadlıq» və «YeS» bloklarının üzvüləriylə görüşdə parlament seçkiləri öncəsi ölkədəki durum, siyasi partiyaların fəaliyyətinə yaradılmış şərait müzakirə mövzusu olub.



Dağlıq Qarabağ münaqişəsinə gəlincə, avropalı qonaq münaqişənin həll olunması üçün həm Ermənistan, həm də Azərbaycan tərəfindən tolerantlıq tələb olunduğunu diqqətə çatdırıb.



Daha sonra cənab van der Linden qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.



Hüquq müdafiəçisi Səidə Qocamanlının verdiyi məlumata görə, AŞPA prezidentinə yeni siyasi məhus siyahısı təqdim olunub. Səidə Qocamanlı bildirir ki, yeni siyahıda 100-dən çox siyasi məhbusun adı əks olunub.



KİV nümayəndələri ilə görüşdə isə Rene van der Linden Dağlıq Qarabağ münaqişəsinə dair mətbuatda dərc edilən yazılar, mətbuatın səviyyəsi və asılılıq dərəcəsi ətrafında müzakirələr aparıb. Məlumatı «Yeni Nəsil» Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev verib.



Günün ikinci yarısı avropalı qonaq prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, həmçinin Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə də görüşüb Qarabağ münaqişəsinə dair məsələni müzakirə edib.



Rəsmi dövlət agentliyi olan «AzərTAc»-ın yaydığı məlumatda bildirilir ki, AŞPA rəhbəri İlham Əliyevlə görüşdə təşkilatının Azərbaycanda baş verən dəyişikliklərdən razı qaldığını söyləyib. Və daha çox iş görməyin lazım olduğunu da vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG