Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:18

Cəzaçəkmə müəssisələrinə ictimai nəzarət olunacaq<p align=`left`><br><br>


Səs: Real audio
Blokun Lənkəran təşkilatları isə aksiya keçirməkdə israrlıdırlar Cəzaçəkmə müəssisələrinə ictimai nəzarət üçün İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı yanında işçi qrup yaradılıb.



Qərar Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi əməkdaşlarının, ombudsman və hüquq müdafiəçilərinin birgə yığıncağında qəbul edilib. Ombudsman Aparatından verilən məlumata görə, işçi qrup məhbusların saxlanma şəraiti və onların maarifləndirilməsi işlərinə nəzarət edəcək.



Hüquq müdafiəçisi Novella Cəfəroğlu: «Ayrı-ayrı qurumlar bir yerdə problemləri daha yaxşı həll edə bilərlər. Təkliflərimiz sırasına məhbusların işlə təmin olunmaları, hüquqlarını bilmələri, ailələrinin onlara daha intensiv ünsiyyəti daxildir».



Məhkəmə Qərarları İcrası Baş İdarəsindən də yeni qrupun fəaliyyətinin daha səmərəli olacağına inanırlar.



2003-cü ildə də hüquq müdafiəçiləri və Ədliyyə Nazirliyinin əməkdaşlarından ibarət belə bir qrup yaradılmışdı. Bu ilin fevralında 11 saylı cəzaçəkmə müəssisəsində məhbusların qiyamından sonra həmin qrup fəaliyyətini dayandırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG