Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:52
Rubrikalar

Təhsil və mədəniyyət: peşə necə seçilir?


Səs: Real audio
Blokun Lənkəran təşkilatları isə aksiya keçirməkdə israrlıdırlar Bu «İz»də:



- Mədəni yaşamımızda təhsilin roluna göz atacaq;



- «Peşə necə seçilir?» sualına cavab arayacaq;



- «Universitet» sözünün mənasını yada salacaq;



- «Mentalitet dolması»nı dadacaq...



- Və hər dəfə bu "İz"in bələdçisi Fuad Ələsgərovun açıqlamalarını eşidəcəksiniz.



PEŞƏ NECƏ SEÇİLİR?



Əslinə qalsa, çətin sual deyil... Peşələrin sosial nüfuzuna, dəb-dərəcəsinə, ailə ənənəsinə və s. məlum səbəblərə baxıb həmin sualın cavabını tapmaq olar. Amma Azərbaycanda post-totalitar özəlliklər göz önündədir. Burada təhsil və peşəkarlıq deyil, tanışbazlıq, yerliçilik, sədaqət və digər ənənəvi amillər rol oynayır. Elə bu səbəbdən «peşə necə seçilir?» sualına cavab tapmaq elə də asan deyil. Öncə qarşıya «uşağı hansı məktəbə qoyum?» sualı çıxır.



"Tutu" Uşaq Mədəniyyət Mərkəzinin koordinatoru Tərlan Qorçu: "Bu, böyük problemdir. Ümumtəhsil məktəblərinin səviyyəsi günü-gündən aşağı düşür. Demokratik mühitə adekvat məktəb tapmaq çox çətindir. Mən bu üzdən uşağıma türk litseyini seçdim. O, müsabiqə yoluyla həmin litseyə daxil oldu".



Bəs cəmiyyətə lazım olan peşələri kim müəyyənləşdirir? Abituriyentlərin özləri? Bakı Dövlət Universitetinin müəllimi Erkin Qədirov: "Bu zaman dövlət, QHT, fərdlər səviyyəsində qarşılıqlı təsirlərdən söz açmaq daha düzgündür. İqtisadi gerilik və korrupsiya olan ölkələrdə isə varlanmaq imkanı açan peşələrə təbii meyl yaranır..."



İndi Azərbaycanda xarici qurumlar, müəssisələr, şirkətlər də fəaliyyət göstərir və belə yerlərdə çalışmaq üçün xarici universiteti bitirmək, xaricdə ixtisaslaşmaq üstünlük sayılır. Görəsən, xaricdə təhsil alan tələbələrlə Azərbaycanda təhsil alanlar arasında fərq çoxdur?



Rəşad İbadov: "Mən İsveçdə oxumuşam. Tələbəyə münasibətdə böyük fərq var. Digər fərqlər də öz yerində..."



İsveçdə təhsil alan Elvin Əliyev: "Prinsipial bir fərq görmürəm. Bəlkə də xarici şirkətlər bunu stimullaşdırır".



Mütəxəssislərin araşdırmalarına görə, bütövlükdə cəmiyyətin durumu, özəlliklə liberal dəyərlərin gərəyincə yayılmaması Azərbaycanda təhsilin və təbii ki, peşə seçiminin mövcud mənzərəsinə təsir edir.



Bakı Dövlət Universitetinin müəllimi Erkin Qədirov: "Mövcud durumda təkcə Təhsil Nazirliyinin məsuliyyət daşımasını söyləmək ədalətsizlik olardı... Demokratiya oturuşduqca, vətəndaş məsuliyyəti artdıqca, mənzərə dəyişəcək".



"AZƏRBAYCANLILAR PUL VERİR Kİ, OXUMASINLAR..."



Oxumağa görə deyil, oxumamağa görə pul verən insanlar Azərbaycan cəmiyyətində heç kimi təəccübləndirmir. Niyə? Bu sualı "İz"in bugünkü qonağı – rusiyalı alim, fizika-riyaziyyat elmləri doktoru Fuad Ələsgərov cavablayır.



- Professor, bizdə acı bir zarafat var: "bütün xalqlar pul verir ki, oxusunlar, azərbaycanlılarsa pul verir ki, oxumasınlar..." Durum doğrudan da belədirsə, ailələrin günah payı nə qədərdir?



- Bizim cəmiyyətdə belə bir söhbət gedir ki, təhsil o qədər də vacib deyil, tanışlıq vacibdir, pul verib bir yerə düzəlmək vacibdir. Bu, çox pis şeydir. Belə bir baxışlarla 21-ci əsrdə heç bir şey edə bilməyəcəyik. Bunu dəyişmək lazımdır. Məncə, xüsusi universitetlər, fakültələr, məktəblər düzəldib parlaq uşaqları ora yığmaq lazımdır ki, sonradan gedib vəzifə tutsunlar, bir elmə getsinlər. Üç, beş, on məktəbdən başlayıb sonra bunu genişlətmək olar...



Təhsildə çox yüksək səviyyəyə çıxmasaq, bunun sonu çox pis olacaq... Elə ölkələr var idi ki, riyaziyyat İki
XS
SM
MD
LG