Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:13

Pulsuz da kurslara getmək olar


Səs: Real audio
Blokun Lənkəran təşkilatları isə aksiya keçirməkdə israrlıdırlar Kompüter proqramlarını öyrənməyin pulsuz başa gələn yolları da var. "INFOTEK" İctimai Birliyinin kompüter kurslarına yazılmaqla kompüter proqramlarını öyrənmək və ya bu sahədə daha geniş biliklər əldə etmək olar.



Təşkilatın layihələr üzrə meneceri Anar Mahmudov deyir ki, kurslar bir neçə istiqamətdə təşkil olunur:



- Birinci istiqamət kompüterdən istifadəni, "Windows", "Word" və digər ofis proqramlarının öyrədilməsidir. İkinci istiqamət isə proqramlaşdırma dili üzrə kurslardan ibarətdir.



Anar Mahmudovun sözlərinə görə, təşkilatda informatika fənni üzrə beynəlxalq olimpiadalarda iştirak edəcək şagird və tələbələrə xüsusi təlimlər də keçilir.



Heç bir pul ödəmədən bu kurslara yazılmaq istəyənlər sentyabrın 5-dək "INFOTEK"-də qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçdikdən sonra müraciət edənlərin bilik səviyyəsi test tapşırıqları vasitəsilə öyrənilir və müvafiq qruplara üzv yazılırlar. Kurs iştirakçılarına lazımi məsləhətlər də verilir:



- Müraciət edənlərlə konsultasiya da edirik. Əgər bir gənc gəlib bizə deyir ki, hər hansı bir şirkətdə işə düzəlmək üçün bir proqram öyrənməliyəm, biz ona lazımi məsləhəti veririk, hansı qrupa yazılmalı olduğunu, hansı xarici dili öyrənməli olduğunu deyirik.
XS
SM
MD
LG