Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:02

"Azadlıq" blokunun Lənkəranda mitinqinin qarşısı alınıb


Səs: Real audio
Blokun Lənkəran təşkilatları isə aksiya keçirməkdə israrlıdırlar Avqustun 21-də AXCP, Müsavat və ADP-ni birləşdirən "Azadlıq" seçki blokunun Lənkəranda yürüş-mitinqinin qarşısı alınıb.



AXCP-nin yerli şöbəsinin sədri İltifat Rəhimzadənin "Azadlıq" radiosuna bildirdiyinə görə, mitinq başlamazdan əvvəl bir neçə qadın Müsavat partiyasının qərargahına hücum edib, pəncərələri sındırıb, polis isə qadınlara mane olmayıb.



İltifat Rəhimzadə Müsavat partiyasının üzvü Mikayıl Əsədovun saxlandığını deyir. Onun sözlərinə görə, bazar günü günorta "Azadlıq" blokunun üzvləri polisə çağırılıb və onlara xəbərdarlıq olunub.



İltifat Rəhimzadə deyir ki, yerli icra hakimiyyəti onlara yürüş-mitinq üçün şəhər kənarını, nəqliyyat vasitələri işləməyən yeri təklif etdiyindən, onlar öz marşrutlarında israr ediblər.



Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Məhərrəm Quliyevin bildirdiyinə görə isə, müxalifətçilər insanların istirahət etdiyi yerdə mitinq keçirmək istəyib, onları mitinq yerinə aparmaq üçün hətta nəqliyyat vasitəsi də təklif olunub, ancaq bundan imtina ediblər.



Məhərrəm Quliyev Müsavat partiyasının qərargahına basqın edilməsi ilə bağlı deyilənləri isə təkzib edir.



Bir gün əvvəl, avqustun 20-də isə «Azadlıq» blokunun Zaqatalada keçirmək istədiyi yürüş-mitinq təxirə salınıb. Buna səbəb aksiyaya icazə verilməməsidir.



AXCP-nin Zaqatala şöbəsinin sədri Hikmət Mahmudovun sözlərinə görə, mitinqin təşkilatçıları da namizədlərin imzatoplama kampaniyasının aparıldığını nəzərə alaraq, aksiyanı daha əlverişli vaxtda keçirməyi qərara alıblar.



"Azadlıq" bloku avqustun 27-də Bakıda da yürüş-mitinq keçirməyi planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG