Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Monitorinq teleradioda daha çox YAP-ın təbliğ olunduğunu göstərir


Səs: Real audio
Blokun Lənkəran təşkilatları isə aksiya keçirməkdə israrlıdırlar Nəcəf Nəcəfov Fondu “Parlament seçkiləri KİV güzgüsündə: monitorinq və müzakirələr” layihəsi üzrə iyul ayının təhlinini başa çatdırıb. Bu layihə Avrasiya Fondunun Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilir və icrasına may ayından başlanıb.



Layihənin məqsədi TV, radio, gündəlik qəzetlərdə və informasiya agentliklərində qarşıdan gələn parlament seçkilərinin balanslı işıqlandırılmasına və demokratik seçkilərin keçirilməsinə kömək etməkdir.



Nəcəf Nəcəfov Fondunun təsisçilərindən olan Mehman Əliyev deyir ki, tendensiya KİV-lərdə vəziyyətin getdikcə pisləşdiyini göstərir. Belə ki, media vasitələrindən siyasi manipulyasiya üçün istifadə olunur.



İyul ayında 12 televiziya şirkətinin, 5 radionun, 11 gündəlik qəzetin monitorinqi aparılıb. Təhlilin nəticələrinə görə, yerli telekanallarda daha çox hakim YAP və ona yaxın qüvvələrin təbliğinə həsr olunan materiallar efirə gedir. Yerli radiolarda da eyni vəziyyət müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG