Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:15

«Azadlıq» blokunun Zaqataladakı mitinqinə icazə verilmədi


Səs: Real audio
Blokun Lənkəran təşkilatları isə aksiya keçirməkdə israrlıdırlar «Azadlıq» seçki blokuna daxil olan partiyaların Zaqatala rayon təşkilatlarının avqustun 20-də keçirmək istədikləri yürüş-mitinq təxirə salınıb. Buna səbəb aksiyaya icazə verilməməsidir.



Bu barədə «Azadlıq» radiosuna AXCP-nin Zaqatala rayon şöbəsinin sədri Hikmət Mahmudov məlumat verdi. Onun sözlərinə görə, mitinqin təşkilatçıları da namizədlərin imzatoplama kampaniyasının aparıldığını nəzərə alaraq, aksiyanı daha əlverişli vaxtda keçirməyi qərara alıblar.



Avqustun 21-də isə «Azadlıq» blokuna daxil olan partiyaların Lənkəran təşkilatları yürüş-mitinq keçirməyi planlaşdırırlar. Blokun Mitinq Komitəsinin üzvü Həsən Kərimovun dediyinə görə, təşkilatçılar rayon İcra Hakimiyyətinə aksiya üçün şəhərin mərkəzi parkını təklif ediblər: «Lakin onlar nəinki bununla razılaşıb, ümumiyyətlə, aksiyaya icazə verməyiblər. Buna baxmayaraq Lənkəran təşkilatları yürüş-mitinq keçirməkdə israrlıdırlar».



Aksiyaçıların azad və əlalətli seçki keçirilməsi, məmur özbaşınalığına son qoyulması və AXCP-yə qarşı son vaxtlar baş verən təzyiqlərlə bağlı etiraz şüarları səsləndirməsi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG