Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:44

Nə üçün vəzifəli şəxslərin var-dövləti xalqdan gizlədilir?


Səs: Real audio
MTN Tahir Xubanov və Teymuraz Əliyevin öldürülməsinə dair xəbərləri təkzib edir Gələn il yanvarın 1-dən yüksəkvəzifəli şəxslər öz var-dövlətlərini Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına bəyan etməlidirlər. Bəs niyə ictimaiyyətə yox? Cəmiyyət onun seçdiyi adamlar və ya onun nazirlərinin nə qədər və haradan qazandığını bilməlidir, ya yox? Antikorrupsiya komissiyası istəsə də, bir şey edə biləcəkmi?



Söhbətdə iştirak edirlər:



- Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvü, millət vəkili Əli Hüseynov;



- Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı



Yeni qanunla yüksəkvəzifəli şəxslər öz var-dövlətləri haqda məlumatı antikorrupsiya komissiyasına verməlidirlər. O, da məlumatı ictimaiyyətdən gizli saxlamalıdır. Bu düzgündümü?



Əli Hüseynov: Bu, şəxsi həyatın məlumatıdır. Şəxsi həyatın sirri çox vacib bir məsələdir. Şəxsi həyatın sirri hüququ çox vacib bir hüquqdur... Bizim qanunvericilik [vəzifəli şəxslərin gəlirləri haqda] Fransa qanunvericiliyinə çox oxşardır. Fransada da bizdəki kimidir... Amma, əlbəttə, ictimaiyyət bilməlidir ki, vəzifəli şəxslər hansı gəlirləri əldə edirlər. Amma bu, o halda baş verməldiir ki, həmin vəzifəli şəxslə bağlı hansısa bir şübhələr, müraciətlər var. Komissiya, prokurorluq və yaxud məhkəmənin əsaslandırılmış qərarı olduqda artıq bu məlumatlar tələb oluna bilər...



Burada bir qədər fərqli siyasi mədəniyyət nümayiş etdirmək lazımdır. Yəni, əlbəttə, yaxşı olar ki, vəzifəli şəxslər öz fəaliyyətlərinin şəffaflığını icitmaiyyətə çatdırmaqdan ötrü könüllü də bu məlumatları bəyan etsinlər. Misal üçün, şəxsən mən bunu edəcəm. Amma buna məcbur etmək olmaz. Çünki, bu, fundamental hüquqlardan biridir.



Rəşid Hacılı: Avropa ölkələrinin çoxunda, o cümlədən Amerika Birləşmiş Ştatlarında, hətta Pribaltika respublikalarında bu gün məlumatlar açıq məlumatlardır. Onlar İnternetdə yerləşdirilir, bunun gizlədilməsi qanuna zidd sayılır...



Adi bir misal deyim: Amerikada 30 mindən artıq konkret vəzifəli şəxslərin adları var ki, onların verdiyi bəyannamələr İnternetdə yerləşdirilir və hər bir adam bununla tanış ola bilər. Korrupsiyanın geniş vüsət aldığı... Azərbaycan kimi ölkədə əgər hökumət korrupsiya ilə mübarizə aparırsa, o zaman o, xalqın dəstəyinə, xalqın köməyinə arxalanmalıdır. Və maksimum şəffaflığı təmin etməlidir ki, xalq, cəmiyyət bundan məlumatlı olsun. Həm Korrupsiyaya Qarşı Mübarizə Komissiyası daha effektiv işləyə bilsin, həm də ona cəmiyyətdə az-çox inam olsun. Əgər bu olmayacaqsa, heç zaman Azərbaycanda korrupsiyaya qarşı mübarizə baş tutmayacaq.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG