Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:09

Sabir Rüstəmxanlı iqtidar-müxalifət dialoqunun bərpasına çalışır


Səs: Real audio
Temperatur 5-10 dərəcə aşağı düşəcək Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı avqustun 21-dən iqtidar və müxalifət partiyaları arasında təxirə salınmış görüşün davam etdirilməsi üçün danışıqlara başlayacaq. O, dialoqun mümkün qədər yaxın zamanda baş tutmasına çalışacağını bildirir. Cənab Rüstəmxanlı görüşün gündəliyi və formatının dəyişməyəcəyini deyir.



Avqustun 10-da səkkiz iqtidar-müxalifət partiyası arasında keçirilməli olan görüş Yeni Azərbaycan Partiyasının Xalq Cəbhəsi Partiyası ilə bir masa arxasında oturmaq istəməməsi üzündən təxirə salınmışdı. Hakim partiya rəsmi qurumlar tərəfindən Ermənistan xüsusi xidmət orqanları ilə işbirliyində ittiham olunan «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin AXCP-yə yaxınlığını əsas tutaraq dialoqdan imtina etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG