Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:43
Rubrikalar

BVF büdcənin hazırlanmasında hökumətə kömək edəcək


Səs: Real audio
Temperatur 5-10 dərəcə aşağı düşəcək - Beynəlxalq Valyuta Fondu [BVF] gələn ilin büdcəsinin hazırlanmasında Azərbaycan hökumətinə kömək edəcək.



BVF-nin Bakı nümayəndəliyindən aldığımız məlumata görə, bu məqsədlə Fondun Azərbaycan üzrə missiyasının rəhbəri Vitali Kramarenko avqustun 24-də Bakıya gələcək.



Prezident İlham Əliyevin bir müddət əvvəl verdiyi bəyanata görə, gələn il dövlət büdcəsi 1 milyard artırılaraq 3 milyard 200 milyon dollara çatdırılacaq.



- Ekvador neft ixracını dayandırdığı haqda bəyanat verən kimi neftin qiyməti 1 dollardan çox artıb. "Bloomberq" agentliyinin məlumatına görə, 1 barrel xam neftin qiyməti 64 dollar 35 sentdir.



Bu arada Nigeriya da "qara qızıl"ın ixracını azaldacağını bildirib. Ekspertlər hadisələr həftəsonuna təsadüf etdiyinə görə neft bazarlarının buna güclü reaksiya verməyəcəyini bildirirlər.



- Azərbaycanda 15-günlük benzin ehtiyatı yaranıb. Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumatına görə, 20 min tonluq ehtiyat Bakı-Novorossiysk kəmərinə daha az neftin vurulması ilə bağlı yaranıb. Çünki, Rusiyanın "Transneft" şirkəti avqustda bu kəmərlə daha az neft göndərilməsi ilə bağlı Dövlət Neft Şirkətinə müraciət edib. Neft hazırda emala yönəldilir və ehtiyat üçün toplanır. Azərbaycandakı 2 neft emalı zavodunun illik gücü 20 milyon tondur.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 655, 1 rubl 163, 1 avro isə 5665 manatdır.
XS
SM
MD
LG