Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:32

Gəmidəki yanğında dörd nəfər zəhərləndi<p align=`left`><br><br>


Səs: Real audio
Temperatur 5-10 dərəcə aşağı düşəcək Avqustun 19-da təmirdə olan Mehmandarov adına gəmidə yanğın olub.



Xəzər Dəniz Gəmiçiliyi İdarəsi Mətbuat Xidmətinin rəhbəri Vüqar Sadıqovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, hadisə qaynaq işləri zamanı qığılcım düşməsi nəticəsində baş verib.



Hadisə nəticəsində dörd yanğınsöndürən zərər çəkib. Onlar gəminin anbarındakı qatı tütstüdən zəhərlənib və 1 Saylı Klinik Xəstəxananın toksikologiya şöbəsinə yerləşdiriliblər. Baş Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Yusif Mustafayevin sözlərinə görə, hadisənin baş vermə səbəbləri araşdırılır: «Yekun nəticə olan kimi əlavə məlumat veriləcək».



1 Saylı Klinik Xəstəxanadan «Azadlıq» radiosuna verilən məlumata görə isə zərərçəkənlərin vəziyyəti artıq stabilləşib və yaxın günlərdə onlar evə buraxılacaqlar.
XS
SM
MD
LG