Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:14

"Nə qədər ki, ümid var, danışıqlar davam etdiriləcək"<p align=`left`><br><br>


Səs: Real audio
Temperatur 5-10 dərəcə aşağı düşəcək Bunu avqustun 19-da İsmayıllı rayonunda səfərdə olan prezident İlham Əliyev mətbuat nümayəndələri ilə söhbətində deyib. “Qarabağla bağlı Ermənistan prezidenti ilə Kazanda aparılacaq danışıqlardan nə gözləyirsiz” sualına cavab verən cənab Əliyev qeyd edib ki, "danışıqların nəticəsinin olmaması hamıya məlumdur, amma nə qədər ki, ümid var, bu danışıqlar davam etdiriləcək".



İlham Əliyev hakim Yeni Azərbaycan partiyasının parlament seçkisində irəli sürdüyü namizədlər siyahısının formalaşdırılmasında şəxsən iştirak etdiyini bildirib. Onun sözlərinə görə, siyahıda partiya və xalq qarşısında xidməti olanlarla yanaşı yeni şəxslər də olmalıdır və həmin yeni adlara görə heç kim təccüblənməməlidir.



Mediada qarayaxma kampaniyasının dayandırılması ilə bağlı müraciətin ona ünvanlanmasının düzgün olmadığını vurqulayan prezident qeyd edib ki, bu, fəaliyyəti narahatlıq doğuran mətbuat orqanlarının özünə göndərilməlidir. Hər hansı bir mətbuata təsir etmək niyyətində olmadığını bildirən cənab Əliyev deyib ki, bunu tərəflər özü dayandırmalıdır.



Amerika bazalarının Azərbaycanda yerləşdiriləcəyinə dair son vaxtlar yayılan məlumatlara münasibət bildirən İlham Əliyev bunun müzakirə mövzusu olmadığını deyib.



Rayon sakinləri ilə görüşdən sonra prezident İvanovka kəndinə baş çəkib. Burda məktəb tikintisinə göstəriş verdiyini deyən dövlət başçısı İvanovkada kolxoz sisteminin saxlanılacağını da söyləyib.



Avqustun 19-da prezident Bakıya qayıdacaq.
XS
SM
MD
LG