Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:44

Peşəkar siyasətçi olmaq arzusundasansa...


Səs: Real audio
Rumin Maleyev və Berit Lindeman monitorinq aparacaqlar Siyasi biliklərini artırmaq arzusunda olan gənclər “Siyasi idarəetmə: siyasi təşkilatın yaradılması” mövzusunda keçiriləcək təlimdə iştirak edə bilərlər. Təlimi Demokratik İslahatlar Uğrunda Cəmiyyət Alfred Mozer Fondunun dəstəyi ilə həyata keçirir.



Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Rafiq Təmrazov deyir ki, təlimi keçirməkdə əsas məqsəd siyasi idarəetmə və partiya quruculuğu üzrə gənc siyasətçilərin bilik və bacarıqlarını artırmaqdan ibarətdir:



- Təlim siyasi həyatda fəal iştirak edən gənclər üçün siyasi idarəetmədə siyasi bilik və bacarığın artırılması mövzusunda olacaq. Burada əsas məqsəd ictimai-siyasi fəaliyyətlə məşğul olan gəncləri fəallaşdırmaq, onlara müəyyən siyasi texnologiyalar öyrətmək, siyasi biliklər verməkdir.



Rafiq Təmrazovun sözlərinə görə, sentyabrın 16-dan 18-dək keçiriləcək təlimi Hollandiyadan gələn məruzəçilər aparacaq. Təlimdə iştirak etmək istəyənlər tərcümeyi-hal və məqsədlərinə dair məlumatı avqustun 25-dək Demokratik İslahatlar Uğrunda Cəmiyyətə təqdim etməlidirlər.



Rafiq Təmrazov deyir ki, müraciət edənlər arasında seçim ediləcək və yalnız 20 nəfər təlimdə içtirak edə biləcək. İştirakçılar lazımi ədəbiyyatla da təmin olunacaqlar.
XS
SM
MD
LG