Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:05

«56 min rəsmi işsiz vətəndaşı olan Azərbaycan 260 min yeni iş yeri açıb»


Səs: Real audio
Blok Viktor Kezimanın dediklərini təhqir və iqtidarının müdafiəsində durmaq kimi dəyərləndirir «Yeni Azərbaycan» qəzetindəki «Ermənistan Kazanda sürprizlə qarşılaşa bilər» başlıqlı məqalədə Nardar Bayramlı yazır ki, Dağlıq Qarabağ (DQ) münaqişəsinə dair danışıqlarda Azərbaycan təşəbbüsü əlində saxlayır. Beynəlxalq ictimaiyyət MDB-dəki konfliktlərdən narahatdır. Müəllif yazır ki, Rusiya Kazanda DQ münaqişəsinə dair öz mövqeyini açıqlasa, bu, Ermənistan üçün çox ciddi mesaj olacaq.



«Bakı - Xəbər» qəzetindəki «İqtidar Ukrayna və Gürcüstanın yeni hakimiyyətlərini gözdən salmağa çalışır» başlıqlı məqalədə Ruslan Xəlil yazır ki, son günlər telekanallarda tez-tez adıçəkilən ölkələrdə baş vermiş inqilabların əhəmiyyətsizliyi ilə bağlı süjetlər verilir. Müəllif yazır ki, hakimiyyətə yaxın olan bu telekanallar insanlara belə bir fikir aşılamağa çalışırlar ki, Azərbaycanda demokratik inqilab baş verərsə, bunun xalqa heç bir xeyri olmayacaq.



«Ayna» qəzetindəki «56 min rəsmi işsiz vətəndaşı olan Azərbaycan 260 min yeni iş yeri açıb» başlıqlı məqalədə Namiq Sabiroğlu yazır ki, 2003-cü ilin oktyabrından 2005-ci ilin iyununa kimi, yəni cəmi bir il səkkiz ayda 259 min 952 yeni iş yeri açılıb. Müəllif yazır ki, bu məlumatı Dövlət Statistika Komitəsi yayıb. Son iki ildə Azərbaycanda yeni iş yerlərinin açılması üzrə hökumətin fəaliyyəti əski sovetlər birliyində əmək kollektivləri tərəfindən götürülən öhdəliklərə bənzəyir.
XS
SM
MD
LG