Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:48

"Azadlıq" bloku Ukrayna XİN-ə etiraz məktubu göndərəcək


Səs: Real audio
Blok Viktor Kezimanın dediklərini təhqir və iqtidarının müdafiəsində durmaq kimi dəyərləndirir ADP, AXCP və Müsavatın daxil olduğu «Azadlıq» seçki bloku Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) etiraz məktubu göndərəcək. Blokun avqustun 18-də keçirilən toplantısında Ukraynanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili İqor Kezimanın müxalifətin ünvanına söylədikləri təhqir və iqtidarın müdafiəsində durmaq kimi dəyərləndirilib.



Məlumatı «Azadlıq» radiosuna ADP funksioneri Nurəddin İsmayılov verdi.



Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viktor Kezima avqustun 17-də keçirdiyi mətbuat konfransında müxalifətin ünvanına bunları söyləmişdi: «Cəmiyyətdə demokratikləşmə gedir, partiyalara münasibət dəyişir. Misal üçün, müxalifət partiyaları beynəlxalq ictimaiyyətlə danışıq aparırlar. Bütün dünyanı gəzirlər. Amma bu o demək deyil ki, bir anın içində xalq onları qiymətləndirəcək. Belə bir məsələni də nəzərə alın ki, Ukrayna prezidentinə əhalinin əksəriyyəti ona görə səs verdi ki, onun necə işləmək bacarığını bilirdilər. İndiki Azərbaycan müxalifətini isə xalq tanıyır. Onlar bir müddət hakimiyyətdə olub, çətin anda ölkəni idarə edə bilməyənlərdi. Necə fikirləşirsiniz, kimsə ABŞ-dan sizə inqilab gətirəcək və sonra da gedəcək? Siz onların dedikləri ilə yaşamağa başlayacaqsınız? Mən buna inanmıram, çünki heç keçmiş sovet dövründə də belə şeylər olmayıb. Yadımdadı keçən seçkilər müxalifət namizədləri xalqdan 4-6 faiz dəstək almışdılar. Sizcə, bu müddət ərzində nə isə dəyişib?»
XS
SM
MD
LG