Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:43
Rubrikalar

Güləşçilər Polşa turnirində iştirak edəcəklər


Səs: Real audio
Bunu prezident İlham Əliyev deyir - Futbol üzrə Azərbaycan və Albaniya milliləri arasında keçirilən yoldaşlıq görüşü 2:1 hesabı ilə Albaniya yığmasının qələbəsiylə başa çatıb. Yeganə qolu rəqibin qapısından Zaur Tağızadə keçirib. Bununla da Azərbaycan komandasının qələbəsiz oyunlar seriyası 15-ə çatıb.



- Otüstü xokkey üzrə Bakıda keçirilən beynəlxalq turnirə yekun vurulub. Bakı komandası turnirin qızıl, Tehran komandası gümüş, Təbriz komandası isə bürünc medalını qazanıb.



- Avqustun 19-da Polşada yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə 4 Azərbaycan idmançısı da çıxış edəcək. Rövşən Bayramov 55, Vitali Rəhimov 60, Afina Olimpiadasının qalibi Fərid Mansurov 66, İlqar Abdulov 74 kq çəki dərəcəsində mübarizə aparacaq. Turnir avqustun 21-dək davam edəcək.



- Azərbaycan boksçuları isə avqustun 18-dən Məmməd Eyvazovun rəhbərliyi ilə təlim-məşqlərə başlayıb. Yığma oktyabrda Yunanıstanda beynəlxalq turnirdə, dekabrda isə Pekində dünya çempionatında çıxış edəcək.



- Cüdo üzrə Azərbaycanın böyüklərdən ibarət yığma komandası sentyabrda Misirdə keçiriləcək dünya çempionatında, gənclərdən ibarət komandası isə Xorvatiyada Avropa çempionatında çıxış edəcək. Komanda artıq təlim-məşq toplantılarına başlayıb.
XS
SM
MD
LG