Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:06

Hərbi prokuror orududa cinayətlərin azaldığını deyir


Səs: Real audio
Bunu prezident İlham Əliyev deyir Bu ilin altı ayı ərzində Azərbaycan Ordusunda (AO) rüşvətxorluq, intihar, qəsdən adamöldürmə cinayətləri ötən ilin anoloji dövrü ilə müqayisədə 10,9 faiz azalıb.



Bunu hərbi prokuror Xanlar Vəliyev avqustun 18-də keçirdiyi mətbuat konfransında dedi. O, orduda baş verən intihar halları ilə bağlı bunları söylədi: «Belə hadisələrin bir qismi ayrı-ayrı komandirlərin qanunsuz hərəkətləri, digər qismi hərbi xidmətə yarasız şəxslərin orduya çağırılması, başqa bir qismi isə məişət xarakterli məsələlərlə bağlı baş verir».



Cənab Vəliyev AO-da fərariliyin 2,5 dəfə azaldığını da deyir.



O, hərbi komissarlarla bağlı bir neçə cinayət işinin istintaqının davam etdiyini söyləyir: «Nəsimi və Əzizbəyovun sabiq hərbi komissarlarının, İmişlinin keçmiş hərbi prokurorunun və bir neçə hərbi hissənin vəzifəli şəxsinin cinayət işləri isə məhkəmələrə göndərilib».



Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə hərbi prokurorun ümumi sözlərlə kifayətləndiyini deyir: «Tender məsələləri, hərbi hissələr üçün alınmış keyfiyyətsiz ərzaq məhsulları ilə bağlı cinayət hadisələri var. Konkret adlar çəkilməli, rəqəmlər söylənilməliydi».

Günün bütün mövzuları

XS
SM
MD
LG