Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:21
Rubrikalar

Şimali Kipr Azərbaycana birbaşa təyyarə reysi açır


Səs: Real audio
Bunu prezident İlham Əliyev deyir - Avqustun 28-dən tanınmamış Şimali Kipr Türk Respublikasından Azərbaycana birbaşa təyyarə reysi açılır.



Türkiyənin "Dünya" qəzetinin məlumatına görə, bu, tanınmamış respublikadan Türkiyədən kənara açılan ilk reysdir. İlk reyslə Bakıya siyasətçilər, mətbuat nümayəndələri və biznesmenlər gələcək. Prezident İlham Əliyevlə də görüşməyi planlaşdıran iş adamları Azərbaycana sərmayə qoyuluşu, iqtisadi və xüsusilə, turizm sahələrində əməkdaşlığı müzakirə edəcəklər. Avqustun 28-dən sonra uçuşların davamlı olacağı bildirilir.



- Həftənin əvvəli 67 dollar olan xam neftin qiyməti indi bir barrel üçün 63 dollardır. Ekspertlər qiymətlərin enməsini ABŞ-dakı neft emalı zavodlarında sabitliyin bərpası və mövsümi kənd təsərrüfatı işlərinin başa çatması ilə əlaqələndirirlər.



- Bu ilin sonuna kimi paytaxt Bakıda qaz sisteminə 15 milyard manat sərf olunacaq. Bakı Qaz İstehsalat Birliyindən aldığımız məlumata görə, Azadlıq prospekti boyunca çəkilən yeni qaz kəməri üzərində işlər yaxın günlərdə başa çatacaq. Payızda isə Ukrayna və Rusiyadan tikinti materialları gətiriləcək. Onlar paytaxtın mövcud qaz şəbəkəsinin yenidən qurulmasına istifadə olunacaq.



- Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda şüşə zavodunun tikintisi üçün 5 milyon avro kredit ayırıb. Bankın mətbuat xidmətindən aldığımız məlumata görə, 5 illik kredit kimi ayrılan həmin vəsait artıq Azərbaycan Beynəlxalq Bankına köçürülüb.



Yeni müəssisəni "Caspian Menecment Sistems" şirkəti tikəcək. Yeni şüşə istehsalı şirkətə 15.4 milyon avroya başa gələcək. 100 nəfərin işlə təmin olunacağı müəssisədə ildə 100 milyon şüşə qab buraxılacaq.



- Milli Bankdan aldığımız məlumata görə, bütün valyutalar ucuzlaşıb: 1 dollar 4 656. 1 avro 5 720, 1 rubl isə 163 manatdır.
XS
SM
MD
LG